• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş polis əməkdaşı şəhidi və atasını təhqir etdi: DİN araşdırmalara başladı

Keçmiş polis əməkdaşı şəhidi və atasını təhqir etdi: DİN araşdırmalara başladı
18.08.2021 15:16
Ucar rayonu Alpout kənd sakini şəhid Azad Cəlilovun atası keçmiş polis əməkdaşı Əliyev Rəşid Məhərrəm oğlu tərəfindən heç bir səbəb olmadan təhqir edilib. 
Bu barədə Oxu.Az-a şəhidin atası Sabir Cəlilov məlumat verib. 

O bildirib ki, R.Əliyev heç bir səbəb olmadan onu və şəhid oğlunun ruhunu təhqir edib:

"Buna görə bizim ailə çox narahatdır və intihar etmək həddindəyik. Qonşuluğumuzda yaşayan Əliyev Neman Məhərrəm oğlu iki ildir ki, bir neçə vətəndaşın evinə gedən su bərəsində bənd quraraq qanunsuz olaraq bağlayıb və istifadəmizə qadağa qoyub. Şikayətimizdən sonra məsul vəzifəli şəxslərin göstərişi əsasında həmin su bərəsinin açılması üçün orada iş gedirdi.

Su bərəsini qanunsuz bağlayan şəxsin qardaşı Rəşid Əliyev qəsdən mübahisə yaratdı, məni və şəhid oğlumu təhqir etdi. Mənim oğlum şəhid olub və dövlət onun adını əbədiləşdirib. Onu təhqir edən şəxs barədə qanunu tədbirlər görülməlidir”.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, Ucar rayonu Alpout kənd sakini Sabir Cəlilovun müraciəti ilə əlaqədar Rayon Polis Şöbəsinin Təhqiqat Bölməsində araşdırmalar aparılır:

"Araşdırmaların nəticəsindən asılı olaraq məsələ hüquqi qiymət veriləcək”. 

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol