• $
  • €
  • ₽
  • ₺
  • £

İtkin düşən hərbçilərin valideynləri prezidentlə görüş tələb edir-VIDEO

İtkin düşən hərbçilərin valideynləri prezidentlə görüş tələb edir-VIDEO
18.08.2021 21:22
44 günlük müharibədə Azərbaycan 3000ə yaxın əsgər və zabitini itirib.
 
Son rəqəmlərə görə 7 hərbiçi hələ də itkindir. Onların yaxınları 10 aydan çoxdur ki,bir çox hökumət qurumlarını qapı-qapı gəzib övladlarının tapılmasını tələb edirlər. İtkin düşən hərbçilərin yaxınları avqustun 17-si prezident administrasiyasının önündə aksiyaya cəhd ediblər.
 
Polis şikayətçilərə toplaşmağa icazə verməyib, ərazidən uzaqlaşdırıb. Adı itkinlər siyahısında olan leytenant İbrahim Vəlizadənin atası Səməd vəlizadə deyir ki, artıq gözləməkdən yorulublar.
 
Səməd Vəlizadə bildirib ki, prezident administrasiyasından çıxan səlahiyyətli şəxs onlarla küçədə görüşüb, onların dərdlərini dinləyib. Ailələr isə prezidentin qəbuluna düşmək, dərdlərini onlara demək istəyirlər. Müdafiə nazirliyinin bu ilin yanvarında açıqladığı rəsmi siyahıda 64 hərbiçi itkin sayılırdı. aparılan axtarışlar və DNT analizlərinin cavabları nəticəsində onların bir çoxunun nəşi tapılıb.
 
İtkin siyahısında hazırda qalan 7 nəfərin yaxınları isə övladlarının tez bir zamanda tapılacağına ümid edirlər.

Ətraflı video materialda:
Hazırladı: Samirə Əli
 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol