• $
  • €
  • ₽
  • ₺
  • £

Keçmiş məmurun məhkəməsi keçiriləcək - Quliyevi hansı cəza gözləyir?

Keçmiş məmurun məhkəməsi keçiriləcək - Quliyevi hansı cəza gözləyir?
19.08.2021 11:34
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) keçmiş Aparat rəhbəri Rasim Quliyevlə bağlı cinayət işinin istintaqı sona çatıb. 


Anews.az Qaynarinfo-ya istinadla bildirir ki, iş materialları baxılması üçün Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Məlumatda bildirilir ki, avqustun 23-nə hazırlıq iclası təyin edilib. 


Rasim Quliyev bu il aprelin 2-də Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 314-2.3-cü (Qanunla müəyyən olunmuş qaydaları pozmaqla torpaq sahələri ayırma, yaxud tikinti və ya quraşdırma işlərinin aparılmasına icazə vermə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb və məhkəmənin qərarı ilə barəsində 3 aaylıq həbs qətimkan tədbiri seçilib. 


Rasim Quliyev 1992-ci ildən Yeni Azərbaycan Partiyasının (YAP) üzvüdür. O, 1996-2001-ci illərdə "Səs” qəzetində müxbir, siyasət şöbəsinin müdiri, baş redaktorun müavini, eyni zamanda YAP-ın Mərkəzi Aparatında "Beynəlxalq əlaqələr və siyasi partiyalarla iş” şöbəsində təlimatçı işləyib.


2001-ci il fevralın 13-dən BŞİH "Ərazi idarəetmə orqanları ilə iş” şöbəsinin müdiri, 2010-cu il yanvarın 6-dan 2018-ci il sentyabrın 20-dək Bakı şəhər İcra Hakimiyyəti Başçısı Aparatının rəhbəri vəzifəsində çalışıb. Ona Dövlət qulluğunun müşaviri və Dövlət qulluğunun baş müşaviri ixtisas dərəcəsi verilib. 22 iyun 2015-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub. 2019-cu ilin aprelindən YAP-ın Mərkəzi Aparatında işləyirdi.


Rasim Quliyevin ittiham olunduğu 314.2-3-maddədə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə beş ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə, 308.2-ci maddədə isə vurulmuş ziyanın iki mislindən üç mislinədək miqdarda cərimə edilməklə üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, yaxud üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol