• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağa qayıdış bu kəndlərdən başlayacaq- SİYAHI

Qarabağa qayıdış bu kəndlərdən başlayacaq- SİYAHI
19.08.2021 11:58
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşəbbüsü ilə keçirilən "Qədim Qarabağın yenilənən siması” memarlıq müsabiqəsinə yekun vurulub. Qarabağın qəsəbə və kəndlərini əhatə edən müsabiqənin qalibləri elan edilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Qaynarinfo-ya verilən məlumata görə, işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin sistemli şəkildə aparılması, ölkə memarlarının və şəhərsalma mütəxəssislərinin Qarabağda yenidənqurma proseslərində iştirakının təmin edilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən keçirilən "Qədim Qarabağın yenilənən siması” adlı müsabiqəyə yekun vurulub. Hazırki mərhələdə 5 kəndi (Sarıcalı, Şəlvə, Horadiz, Böyük Mərcanlı, Zar) və 1 qəsəbəni (Xudafərin) əhatə edən müsabiqənin hədəfi eyni zamanda gənc memar və layihəçilər arasında istedadların müəyyən edilməsi və onların yanaşmalarının öyrənilməsi, eləcə də təqdim olunan layihələrdə qeyri-standart konsepsiyaların axtarışı idi. Münsiflər heyətinin Komitədə keçirilən iclasında müsabiqənin şərtlərinə cavab verən 21 layihədən ən yaxşıları müəyyən edilib.


Belə ki, münsiflər heyətinin qərarına əsasən təqdim olunan layihələrdən Ağdam rayonunun Sarıcalı, Laçın rayonunun Şəlvə kəndləri üzrə 1-ci, 2-ci və 3-cü yerlər üzrə qaliblər seçilib. Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndi və Xudafərin qəsəbəsi üzrə 1 layihə 2-ci yerə, 2 layihə isə 3-cü yerə layiq görülüb. Kəlbəcər rayonunun Zar kəndi üzrə isə yalnız 1 layihə 2-ci yerə layiq olub. Xatırladaq ki, 1-ci yerin sahibinə 5000 manat, 2-ci yerin sahibinə 3000 manat, 3-cü yerin sahibinə isə 2000 manat pul mükafatı, digər iştirakçılara isə diplomlar təqdim ediləcək. Layihələr yaşayış məntəqələrinin mövcud vəziyyətinin analizi, tarixi kontekstlə əlaqələri, orijinallıq, simvolizm, bütövlük, həmçinin uğurlu və peşəkar bədii-qrafik və memarlıq həlləri, vizual təqdimatlar üzrə qiymətləndirilib.


Qeyd edək ki, müsabiqədə əsasən gənc mütəxəssislər iştirak edib və bir sıra maraqlı layihə həlləri irəli sürülüb. Qalib layihələrdə dayanıqlı həyat şəraitinin yaradılmasına, müasir memarlıq həllərinin milli memarlıqla sintezinə, yaşayış məntəqələrinin gələcək texnoloji inkişafının həlledici istiqamətlərinə dair təkliflər əks olunub. Müsabiqədə qalib gələn layihələr kəndlərdə aparılacaq bərpa-quruculuq işlərində nəzərə alınacaq.


Seçilmiş layihələr və onların müəllifləri haqqında daha ətraflı məlumatla www.bizimqarabagh.az saytından tanış olmaq mümkündür.




www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol