• $
  • €
  • ₽
  • ₺
  • £

Sumqayıtda parka giriş pullu oldu - FOTO

Sumqayıtda parka giriş pullu oldu - FOTO
21.05.2014 16:07
Sumqayıt şəhərinin dənizkənarı bulvarı olan Nəsimi parkına giriş artıq pulludur. Bu barədə "168 saat"  internet qəzetinə oxuculardan biri məlumat verib. "Parkın bir hissəsinə giriş ödənişli edilib. Sumqayıtlıların "Sevgililər Körpüsü" kimi tanıdığı körpüdən dənizə doğru düşərkən sola ayrılan yolda şlaqbaun qoyulub. Söhbət Rəsm Qalereyasına tərəf gedən avtomobil yolundan gedir" - oxucunun məktubunda qeyd olunub. Məlumatı dəqiqləşdirmək üçün saytın əməkdaşı əraziyə yollanıb. Şlaqbaun "işlədən" şəxs deyib ki, əraziyə giriş, həqiqətən də, pulludur - giriş üçün 1 manat ödəmək lazımdır. İşçi bildirdi ki, o, bu pulun hara, hansı qurum üçün və nə məqsədlə yığıldığını bilmir: "Bunun üçün Mirseyid müəllimlə əlaqə saxlayın. Parklara o baxır"Mirseyid müəllimlə əlaqə saxladıq. O isə bildirdi ki, münasib yerdə olmadığı üçün danışa bilmir, bizimlə 20-25 dəqiqəyə əlaqə saxlayacaq. Baxmayaraq ki, Mirseyid müəllim bizimlə dediyi vaxtdan sonra da əlaqə saxlamadı, ancaq məsələyə şəhər icra hakimiyyəti səviyyəsində aydınlıq gəldi. İcra Hakimiyyətinin Mənzil Kommunal İstehsalat Birliyinin rəisi Abid Əliyevbildirdi ki, bu ərazidə dayanacaq yaradılıb:  "Orada rəsmi olaraq dayanacaq yaradılıb. Kiminsə qanunsuz ödəniş tələb etməsindən söhbət gedə bilməz. Bu, dənizkənarı parkın abadlaşdırılması layihəsində əvvəlcədən nəzərdə tutulmuş avtodayanacaqdır. Axı parkda başdan-ayağa maşınla gəzmək olmaz. Gələcəkdə, dənizkənarı ərazi abadlaşdırıldıqdan sonra daha bir dayanacağın qurulması nəzərdə tutulur. Bu, həm də əhalinin parkda rahat istirahəti və avtoxuliqanlığın qarşısını almaq üçün nəzərdə tutulur. Yığılan vəsait isə abadlaşdırılmış əraziyə xidmət və işçilərin əməkhaqqına yönəldiləcək". ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəmiyyət 17:01
“Gözel Seeds” və ADA Universiteti Genetika və Biotexnologiya konfransında aparıcı alimləri bir araya gətirdi
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Cəmiyyət 16:29
Cəzaçəkmə müəssisələrində peşə təhsili ilə bağlı yeni qaydalar müəyyənləşib
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Cəmiyyət 16:21
Hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi açılıb
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Cəmiyyət 15:50
Monteneqroda saxlanılan Azərbaycan vətəndaşı ekstradisiya ediləcək
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Cəmiyyət 15:34
Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol