Azyaşlı uşaq anasının tanışı tərəfindən ÖLDÜRÜLDÜ

Azyaşlı 2010-cu il təvəllüdlü Nurlan Məmmədovun itkin düşməsi ilə bağlı daxil olmuş müraciət əsasında Goranboy rayon Polis şöbəsində araşdırma aparılmışdır.
Baş Prokurorluqdan Anews.az-a daxil olan məlumata görə, istintaq-əməliyat tədbirləri ilə müəyyən edilmişdir ki, Nurlan Məmmədov anasının tanışı İkram Hüseynov tərəfindən avqustun 13-ü döyülmüş, avqustun 15-də isə aldığı xəsarətlərdən ölmüşdür.
Hazırda faktla bağlı Goranboy rayon prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İkram Hüseynov şübhəli şəxs qismində tutulmuşdur.
Hazırda istintaq davam etdirilir.
www.anews.az