Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində bir nəfər batıb. Anews.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb. Bildirilib ki, bu, 2006-cı il təvəllüdlü Baxışov Emil Əziz oğludur. Hadisə yerinə FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu cəlb olunub.www.anews.az