Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub
30.08.2021 16:42
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi koronavirusa yoluxub.
Hakim İradə Həsənzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb.
Bununla bağlı onun icraatında olan cinayət işləri təxirə salınıb. Bundan başqa, İ.Həsənzadə ilə kollegiyada olan hakim Azər Paşayev və Əhməd Quliyevin də icraatənda olan cinayət işləri təxirə salınıb.