• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərsu" ASC Şağan qəsəbəsini su ilə təmin etmir - ŞİKAYƏT

"Azərsu" ASC Şağan qəsəbəsini su ilə təmin etmir - ŞİKAYƏT
31.08.2021 12:26
Xəzər rayonu Şağan qəsəbəsinin Yeni sahə adlanan küçəsinin sakinləri artıq uzun illərdir ki içməli su ilə su maşınları vasitəsilə təmin olunurlar, bunu  Anews.az-a Şağan qəsəbəsi sakini Gündüz İbadlı bildirib. 

"Azərsu”dan bizə bildirilir ki, ana su xəttindən 50-70 metr məsafədə yerləşən evlərə su xətlərinin çəkilməsi ilə bağlı layihə yoxdur, layihə nə vaxt olacaqsa, onda çəkiləcək. Halbuki, həmin ərazidən 90-100 metr məsafədə  yerləşən vəzifəli şəxslərin evlərinə su xətləri çəkilir.  Bizə isə bildirilir ki, yalnız 30 metrə qədər su xətti çəkilə bilər. Qayda belədir ki, əgər ASAN xidmətdən su üçün texniki şərt almaq istəsəz, su xətti evinizə 30 metr məsafəyə qədərdisə, pulsuz çəkilir. Amma 30 metrdən çoxdursa, ümumiyyətlə olmaz. Biz də deyirik, siz 30 metr məsafəni çəkin, qalanını biz özümüz çəkərik. Ona da razı deyillər. Buna da qayda pozuntusu kimi baxırlar. Guya layihəni pozuruq. Əgər layihə pozulursa, niyə ana xətdən 500 metr uzaqlıqda olan evlərə su xətti çəkirsiniz, hətta sayğac da qoyursunuz və bu qanuni sayılır", - deyə Fikrət Məhərrəmov bildirib.   


Həmin ərazinin su xətləri sxemini əks etdirən fotodan da aydın görünür ki, ana xətdən 50-70 metr məsafədəki evlərə su xətləri çəkilmədiyi halda, 90-100 metr və daha uzaq olan ərazilərə su xətləri çəkilib. Fotoda qırı-qırıq xətlə göstərilən ərazi su xətlərinin çəkilmədiyi ərazidir.

Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üçün "Azərsu” Açıq Səhmdar Cəmiyyətinə ilkin olaraq 3 milyon manat ayrılıb.

Məsələ ilə bağlı  "Azərsu" Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı həmin ərazidə infrastrukturun olmadığını bildirdi.
 
"Şağan qəsəbəsi yeni inkişaf ərazisidir. Baş planda infrastrukturun yaradılması nəzərdə tutulur”, deyə Anar Cəbrayıllı qeyd edib.
 
Şağan qəsəbəsində 10 minə yaxın sakin yaşayır.
 
Rafiq Şahbazov


 




www.anews.az


 
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol