• $
  • €
  • ₽
  • ₺
  • £

Qəbul imtahanının nəticələri açıqlandı

Qəbul imtahanının nəticələri açıqlandı
29.05.2020 04:34
 Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 18-də I və IV ixtisas qruplarının abituriyentləri (əvvəlki illərin məzunları) üçün keçirdiyi qəbul imtahanının nəticələrini elan edib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, mayın 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini mayın 20-də saat 16:30-dan etibarən açıqlanıb. İmtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə öyrənə bilərlər. İmtahanda iştirak etmək üçün sənəd vermiş 18783 abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 17556 abituriyentdən 60 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub, 1 nəfər cavab kartını təlimata zidd olaraq özü ilə aparmış, 2 nəfər isə cavab kartını bilərəkdən korlayıb. Həmin abituriyentlərin nəticələri ləğv edilib. Ən yüksək nəticə I ixtisas qrupu üzrə 637 bal, IV ixtisas qrupu üzrə 644 bal olub. İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol