• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda neçə nəfərə "əks göstəriş sertifikatı" verilib? - AÇIQLAMA

Azərbaycanda neçə nəfərə "əks göstəriş sertifikatı" verilib? - AÇIQLAMA
01.09.2021 16:17
Azərbaycanda indiyə qədər cəmi 313 nəfərə "əks göstəriş sertifikatı" verilib, bu barədə anews.az-a  Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

"Hamilələr və süd verən analar, kəskin allergik xəstələr və müxtəlif orqanların xəstəliklərinin kəskinləşmə dövrünü yaşayanlar, həmçinin kimyaterapiya müalicəsi alan onkoloji xəstələrin koronavirusa qarşı istifadə edilən peyvəndlərə qarşı birmənalı olaraq əks-göstərişləri var. Vətəndaşlar "Əks-göstəriş sertifikatı” almaq üçün ərazi üzrə poliklinikalara müraciət etməlidirlər. Poliklinika onların məlumatlarını Səhiyyə Nazirliyi tərəfindən yaradılmış xüsusi komissiyaya təqdim edir və komissiyanın rəyi əsasında vətəndaşa "Əks-göstəriş sertifikatı” verilir",-deyə məlumatda bildirilib. 
 
"Əks-göstəriş sertifikatı”nın qüvvədə olma müddəti anemnezidə (xəstə haqqında məlumatlar, onun xəstəlikləri və inkişaf tarixi) olan məlumatlardan asılıdır.
Bu sertifikatlar verilənlər bir müddət sonra xəstəliyin gedişindən asılı olaraq peyvəndə göstəriş yarandıqda vaksinasiya oluna bilərlər. "Əks-göstəriş sertifikatı” istisna hallarda müddətsiz verilə bilər. 
 
Avqustun 9-dan etibarən Azərbaycanda istifadəsinə icazə verilən COVID-19 əleyhinə vaksinlərə qarşı əks göstərişləri olan şəxslərə "əks göstəriş sertifikatı"nın verilməsinə başlanılıb.
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol