• $
  • €
  • ₽
  • ₺
  • £

Mola vaksin vurdurmaq üçün getdi, pasport tələb etdilər

Mola vaksin vurdurmaq üçün getdi, pasport tələb etdilər
01.09.2021 17:18
Bakı şəhər sakini Eşqin Əliyev vaksin növbəsinə əsasən bu gün "Park Bulvar" ticarət mərkəzində fəaliyyət göstərən səyyar məntəqəyə yaxınlaşsa da, içəri buraxılmayıb. 

İlk doza ilə bağlı müraciət edən şikayətçi bildirib ki, ticarət mərkəzinin əməkdaşları ona mola ancaq COVID-19 pasportu ilə daxil olmağın mümkün olduğunu deyiblər: "Buna görə də məni içəri buraxmadılar. Elədirsə, səyyar məntəqənin molda fəaliyyət göstərməsinin nə mənası var?! Əvvəlcə növbəmə uyğun peyvənd olunmalıyam ki, sonra ticarət mərkəzinə girə bilim”.

Vətəndaşın müraciəti ilə bağlı səyyar tibb məntəqələrinin fəaliyyətinə nəzarət edən TƏBİB-ə sorğu göndərdik. TƏBİB-dən saytımıza bildirilib ki, iri ticarət müəssisələrinə və digər iaşə obyektlərinə girişin qaydaları aidiyyəti qurumlar tərəfindən müəyyən edilir. TƏBİB tərəfindən qeyd olunan ticarət mərkəzlərində ikinci doza peyvəndlərin vurulması davam etdirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə də müraciət etdik. DİN-dən bu məsələnin onların səlahiyyətində olmadığı, prosesin iri ticarət mərkəzləri tərəfindən tənzimlənməli olduğu qeyd edilib.

Problemlə bağlı "Park Bulvar” ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Günay Novruzqızı ilə də əlaqə saxladıq. O, da "Qafqazinfo"ya bildirdi ki, iri ticarət müəssisələrinə giriş COVİD pasportu ilə mümkündür: "Səyyar məntəqəmiz Bakı şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunduğuna görə, onlara müraciət etmişik ki, vaksin randevusu olanların içəriyə girişi ilə bağlı bizə icazə kağızı verilsin. Çünki biz hazırda zəmanət verə bilmərik ki, həmin şəxs peyvənd vurdurduqdan sonra mərkəzin daxilində hərəkət etməyəcək. Əməkdaşlarımızın vətəndaşı mol daxilində izləməsi mümkün deyil. Belə olduğu halda da vətəndaş aidiyyəti qurum tərəfindən yoxlanılıb aşkar edilərsə, şirkətimizə cərimə yazılacaq.

Bakı şəhər İcra Hakimiyyətinin icazə ilə bağlı sənəd verməsini gözləyirik. Onlar şərait yaratmalıdır ki, insanlar gəlib vaksin vurdura bilsinlər. İcazə verilən kimi biz bu barədə məlumat yayacağıq".(qafqazinfo)

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol