• $
  • €
  • ₽
  • ₺
  • £

Elçin Şıxlı MTN-də dindirilib?

Elçin Şıxlı MTN-də dindirilib?
29.05.2020 08:22
Mətbuat Şurasından çıxması ilə bağlı dünən mediaya açıqlama verən "Ayna”-"Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı ərizəsini bir həftə əvvəl təqdim etdiyini deyib. Azərbaycanın ən məşhur qəzetlərindən sayılan "Ayna”-"Zerkalo”nun baş redaktorunun bu qərarı qəfil vermədiyi məlumdur. Çünki bir neçə həftə əvvəl Elçin Şıxlı qəzetin ayda bir dəfə nəşr olunacağını demişdi.Hələ ki, Elçin Şıxlının istefası ilə bağlı Mətbuat Şurasından heç bir açıqlama yoxdur.“Qafqazinfo”ya isə Elçın Şıxlı ilə bağlı daha bir məlumat daxil olub. Məlumata görə, Elçin Şıxlı MTN-də Rauf Mirqədirovun cinayət işi üzrə iki dəfə dindirilib. Baş redaktor saytımıza açıqlamasında isə bu xəbərin doğru olmadığımı bildirib:“Milli Təhlükəsizlik Nazirliyində dindirilməyimlə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Bu xəbəri kim deyibsə, yanlış deyib”.E. Şıxlı bildirib ki, Rauf Mirqədirovun istintaq prosesini Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq bölməsi aparır: “ İstintaqın MTN-lə əlaqəsi yoxdur. O cümlədən Baş Prokurorluğun Ağır Cinayətlərə dair İstintaq bölməsində də ifadə verməmişəm”. Baş redaktor qəzetin hazırkı durumundan da danışıb “Qəzetin vəziyyəti yaxşı deyil. Vəziyyəti yaxşılaşdırmaq üçün reklam bazarı, satış normal şəkildə olmalıdır. Bunların da heç biri yoxdur. Təəssüf ki artıq məndən heç nə asılı deyil. Mətbuat Şurasını yaradarkən onu özümüzə dəstək məqsədilə qurmuşduq. Ancaq Mətbuat Şurasının bu hadisələrlə bağlı heç bir tükü də qımıldanmadı. Ona görə belə qərara gəldim ki, belə təşkilatda olmaqdansa olmamaq yaxşıdır”. İşçiləri əmək haqqı ilə təmin etmək məsələsinə gəlincə isə, Elçin Şıxılı hələ ki, bunun öhdəsindən gəldiyini deyir.Sonrasına baxarıq. Belə durumda qəzeti satmaq mümkündürmü sualına isə baş redaktor bunun Azərbaycanda qeyri-real olduğunu bildirib. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Cəmiyyət 14:19
Nazir müavini vahid geyim qaydalarının özəl məktəblərə şamil olunması məsələsinə münasibət bildirib
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Cəmiyyət 12:32
Firudin Qurbanov: Biliyi qiymətləndirilməyən şagirdə attestat verilmir
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Cəmiyyət 12:05
Azərişıq istehlakçıların elektrikini bir ay gözləmədən kəsməyə görə cəzalandırılıb
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Cəmiyyət 11:38
Media və Yayım Şurası: Prezidentə aid edilən saxta fikirlər dezinformasiyadır
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Cəmiyyət 11:36
Azad edilmiş ərazilərdə ötən ay 979 mina aşkarlanıb
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Cəmiyyət 11:16
Paşinyan: Yeni konstitusiyaya qarşı çıxmaq sülhə qarşı çıxmaqdır
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
Cəmiyyət 11:03
Sahibkarlardan 200 min manat rüşvət almaqda ittiham olunan vergi əməkdaşlarının işi məhkəməyə göndərilib
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Cəmiyyət 11:00
BŞTİ: Müəllim vakansiyaları üzrə işə qəbul elan edilib
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Cəmiyyət 10:40
Beyləqanda ustanı cərəyan vuraraq öldürüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol