• $
  • €
  • ₽
  • ₺
  • £

Şəkidə Qida Festivalı keçirilib

Şəkidə Qida Festivalı keçirilib
04.09.2021 21:00
Avropa İttifaqı tərəfindən maliyyələşdirilən, İqtisadi və Sosial İnkişaf Mərkəzi, "Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi və Bolqarıstanın İqtisadi İnkişaf Mərkəzi tərəfindən icra olunan "Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsi çərçivəsində sentyabrın 4-də Şəkidə Qida Festivalı keçirilib.
 
"Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzi tərəfindən "Marxal” Müalicə İstirahət Kompleksində təşkil olunan festivalda Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin təmsilçiləri, Şəki Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, Milli Məclisin deputatları, beynəlxalq təşkilatların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
 
Festivalın rəsmi açılış mərasimində Milli Məclisin deputatı Vüqar Bayramov çıxış edərək, Avropa İttifaqı tərəfindən maiyyələşdirilən və ölkənin müxtəlif regionlarında vətəndaş cəmiyyəti təşkilatları tərəfindən icra olunan "Məsləhət xidmətləri vasitəsilə aqro-turizm, aqro-biznes sahibkarlığın və ərzaq məhsullarının istehsalının təşviqi və yeni dəyər zəncirlərinin yaradılması və inkişafı” layihəsinin regionlarda yerli qida məhsullarının potensialının, eləcə də kənd təsərrüfatı məsləhət xidmətlərinin keyfiyyətinin artırılması məqsədi daşıdığını bildirib.
 
Sonra çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov Azərbaycanın qədim və gözəl şəhərlərindən olan Şəkidə Qida Festivalının keçirilməsinin heç də təsadüfi olmadığını, gözəl təbiəti, dünya əhəmiyyətli tarix və mədəniyyət abidələri, nadir sənətkarlıq növləri, təkrar olunmayan mətbəxi sayəsində bu şəhərin yerli və beynəlxalq turizmin sürətlə inkişaf etdiyi bir əraziyə çevrildiyini bildirib. Diqqətə çatdırıb ki, Şəki şəhəri 2010-cu ildə "Azərbaycanın Sənətkarlıq Paytaxtı” seçilib, 2012-ci ildə Türk dünyasının qeyri-maddi mədəni irs paytaxtı, 2016-cı il üçün "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub, 2017-ci ildə UNESCO-nun Yaradıcı Şəhərlər Şəbəkəsinə daxil edilib. Şəki, eyni zamanda, Dünya Tarixi Şəhərlər Liqasının üzvüdür. 2019-cu ildə isə Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi UNESCO-nun Ümumdünya İrs Siyahısına salınıb.
 
Avropa İttifaqının nümayəndəsi Viktor Bojkov çıxışında Azərbaycanın olduqca zəngin mədəniyyətə və mətbəx nümunələrinə malik olduğunu diqqətə çatdırıb.
 
Mərasimdə çıxış edən Milli Məclisin deputatı Vüqar İskəndərov Şəkinin Azərbaycanda festivallar şəhəri kimi də tanındığını, hər il bu şəhərdə keçirilən "İpək Yolu” Beynəlxalq Musiqi, şirniyyat və teatr festivallarının şəhərin turizm potensialının genişləndirilməsi və beynəlxalq səviyyədə tanıdılmasında mühüm rol oynadığını vurğulayıb.
 
"Uluçay” Sosial-İqtisadi İnnovasiya Mərkəzinin icraçı direktoru İlyas Səfərli isə festivalın əsas məqsədinin yerli və xarici qonaqlar arasında bu bölgənin ənənəvi qidalarını təşviq etmək olduğunu bildirib.
 
Sonra festival iştirakçılarına Şəki, Oğuz, Qəbələ, Qax, Zaqatala və Balakən rayonlarının ənənəvi milli yeməkləri və kənd təsərrüfatı məhsulları təqdim edilib.(modern.az)


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol