• $
  • €
  • ₽
  • ₺
  • £

Döyüşlərdə aldığı travmalar onu tanınmaz birinə çevirib - ŞİKAYƏT

Döyüşlərdə aldığı travmalar onu tanınmaz birinə çevirib - ŞİKAYƏT
06.09.2021 12:08
Psixoloji travmalar yaşayan Qarabağ qazisinin qohumları dövlətin onlarla maraqlanmadığını deyir, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sözçüləri isə məsələni araşdıracaqlarını deyirlər. 
 
"Qardaşım döyüşlərdə aldığı psixoloji travmalardan tanınmaz insana çevrilib, amma dövlət bir dəfə də olsun onunla maraqlanmayıb” , bu Bakı sakini Ruslan Hüseynzadənin  anews.az-a ünvanladığı şikayətdə bildirib. 

Onun sözlərinə görə qardaşı Ceyhun Hüseynzadə Cəsarət oğlu 2016-cı il "aprel” döyüşlərində və 2020-ci ildə 2-ci Qarabağ müharibəsində iştirak edib.

"Qardaşım Ceyhun 2-ci Qarabağ döyüşündə Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut istiqamətində döyüşüb. Xocavənd istiqamətində döyüşərkən daha çox psixoloji travmalara məruz qalıb. Aldığı travmalar səbəbindən müharibədən gələndən indiyə qədər öz hesabıma özəl klinikalarda müalicə etdirmişəm. Lakin problem qalmaqdadır. Oturub normal şəkildə  söhbət etdiyimiz anda anidən hərəkətləri dəyişir. Başlayır qışqırmağa, gözlərinin altı qızarır. Ata və anasını boğmağa cəhd edərkən  qonşular güclə əlindən alıb. Həkimlərin diaqnozuna görə, qaraciyər istisna digər bütün orqanlarında problemlər var, əsas məsələ isə psixoloji vəziyyətinin gərgin olmasıdır. Dövlət tərəfindən heç kim yardım etməyib, maraqlanmayıb”, - deyə Ruslan Hüseynzadə bildirib. 

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov ilə əlaqə saxladıq. Nazirliyin rəsmisi bildirdi ki, məsələ araşdırılacaq və lazımi addımlar atılacaq. 

Məsələni diqqətdə saxlayacağıq .
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol