• $
  • €
  • ₽
  • ₺
  • £

16-18 yaşlı yeniyetmələrə niyə Pfizer vaksini vurulur?

16-18 yaşlı yeniyetmələrə niyə Pfizer vaksini vurulur?
08.09.2021 12:49
Azərbaycanda Səhiyyə Nazirliyinin Elmi Tibbi Şurası və TƏBİB-in Elmi Komitəsi tərəfindən xroniki xəstəlikdən əziyyət çəkən 16-18 yaşlı yeniyetmələrə COVID-19 əleyhinə mRNT Pfizer peyvəndinin vurulması prosesinə başlanılıb. Qərara əsasən bu şəxslərə başqa vaksinlər vurulmayacaq. Bir qism mütəxəssislər bunu ölkədə Pfizer vaksinin sayının artması, bir qism isə onun daha səmərəli olması ilə izah edir.  
 
Həkim infeksionist Vüqar Cavadzadə bildirdi ki, Pfizer vaksininin digər vaksinlərlə müqayisədə heç bir fərqi yoxdur.
 
"Ölkəyə istifadə olunan bütün vaksinlər ÜST tərəfindən təsdiq olunub. Vaksinlər arasında heç bir fərq yoxdur. Sadəcə peyvəndlənmə başladığı vaxtlar ölkədə ancaq SinoVac vaksini olduğu üçün ən çox o vaksin istifadə olunurdu. İndi isə Pfizer vaksini ölkəyə gətirilib. Ola bilər ki, hazırda ölkədə Pfizer ehtiyatı çoxdur və buna Səhiyyə Nazirliyi və TƏBİB 16-18 yaşlı yeniyetmələr arasında bu vaksinin vurulması qərarını veriblər", - deyə infeksionist qeyd edib.
 
İnfeksionist Nicat Əzimli isə Pfizerin vurulması səbəbini effektinin daha çox olması ilə əlaqələndirdi.
 
"Azərbaycanda hazırda delta ştampının yayılmasını nəzərə alsaq bu virusa qarşı ən effektli peyvənd Pfizer vaksini sayılır. Digər vaksinlərin effektliyi daha az olduğu üçün yeniyetmələrə məhz Pfizer vaksininin vurulması qərarı doğru hesab edilə bilər",  - deyə Nicat Əzimli bildirdi.
 
Səhiyyə Nazirliyindən niyə Pfizer vaksinin seçilməsinə cavab olaraq bildirildi ki, bu qərar Avropa Dərman Agentliyi, Amerika Ərzaq və Dərman Administrasiyasının  yeniyetmələrə mRNT Pfizer ("Comirnaty”) peyvəndinin vurulmasına rəsmi icazələrin verilməsi ilə bağlıdır. Bunun başqa bir səbəbi yoxdur.
 
Azərbaycanda COVID-19 əleyhinə SinoVac, Sputnik V, Vaxzevria və Pfizer vaksinindən istifadə olunur.
 
Sentyabrın 7-dən etibarən 16-18 yaşlı yeniyetmələrin vaksinasiyası üçün vaksinasiyanın səbəbini göstərməklə valideynlərdən birinin yazılı müraciəti və hər iki valideynin yazılı razılığı tələb ediləcək. Vaksinasiya mərkəzləşdirilmiş şəkildə Bakı Sağlamlıq Mərkəzində aparılacaq. Sözügedən şəxslər https://randevu.its.gov.az/ saytına daxil olaraq, "COVID-19 vaksin randevu” elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyi əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürməlidir.
 
Azərbaycanda vaksinasiya 2021-ci il yanvarın 18-dən başlayıb. 
 
 
Gülnar Nazimqızı


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol