• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı yeni iş yerlərinin sayına görə bölgələri hələ də üstələyir - STATİSTİKA

Bakı yeni iş yerlərinin sayına görə bölgələri hələ də üstələyir -  STATİSTİKA
08.09.2021 17:31
2021-ci ilin ilk 6 ayında Azərbaycanda 3,9 min iş yeri bağlanıb 30,9 min yeni iş yerləri açılıb, bu barədə Dövlət Statistika Komitəsi  məlumat verib.  

Altı ay ərzində yaradılmış iş yerlərinin 89,1 faizi qeyri-dövlət sektorunda açılıb. Yeni iş yerlərinin 75,8 faizi Bakı şəhərinin, 0,6 faizi Naxçıvan Muxtar Respublikasının, 23,6 faizi digər regionların, o cümlədən 4,6 faizi Gəncə-Daşkəsən, 4 faizi Abşeron-Xızı, 3,2 faizi Lənkəran-Astara, 2,8 faizi Quba-Xaçmaz, 2,1 faizi Şəki-Zaqatala, 1,9 faizi Qazax-Tovuz, 1,2 faizi Mərkəzi Aran, 1,1 faizi Şirvan-Salyan, 0,9 faizi Qarabağ, 0,7 faizi Dağlıq Şirvan, 0,7 faizi Mil-Muğan, 0,4 faizi isə Şərqi Zəngəzur iqtisadi rayonlarının payına düşüb. Yeni açılmış iş yerlərinin 11,7 faizi yeni yaradılmış müəssisə və təşkilatlarda, 85,5 faizi mövcud müəssisə və təşkilatlarda, 0,6 faizi fəaliyyətini bərpa etmiş müəssisə və təşkilatlarda, 2,2 faizi isə digər tədbirlər üzrə yaradılıb.
 
Son altı ayda bağlanan iş yerlərinin 38,5 faizi müəssisə və təşkilatların dayandırılması, 61,5 faizi isə fəaliyyət göstərən müəssisə və təşkilatlarda aparılan ixtisarlarla əlaqədar olub. 
 

Azərbaycanda  2020-ci il 1 iyul statistikasına görə işsizlərin səviyyəsi 7.16 faiz təşkil edirdisə, 2021-ci ilin 1 iyul tarixinə qədər bu göstərici 6.64 faizə enib.
 
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyindən bildirildi ki, son üç ildə ölkəmizdə əmək müqavilələrinin sayında 350 min və ya 25% (o cümlədən özəl sektorda 52%) artım baş verib, əmək haqqı fondunda 82% artıma nail olunub.

2021-ci ilin 8 ayında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən 57 minə yaxın şəxs münasib işlərlə təmin edilib.Bu dövrdə əsasən həssas qruplardan olan 9300 nəfər şəxs özünüməşğulluq proqramına cəlb edilib və onların aktivlərlə təminatı prosesi həyata keçirilir və bu göstərici cari ilin sonuna 16 mini ötəcək.Nazirliyin tabeliyindəki "DOST İş” Mərkəzi tərəfindən icra olunan ödənişli ictimai işlər proqramı üzrə hazırda 56 min işçi çalışır. Ölkədə məşğulluq imkanlarının artırımasında mühüm rol oynayan həmin proqram çərçivəsində bu ilin 8 ayında 22,7 minədək şəxs işə qəbul olunub. 200-ə yaxın şəxs peşə hazırlığı kurslarına cəlb edilib."Məşğulluq marafonu”na qoşulan işəgötürənlərin sayı 486-ya çatıb. 
 
İşəgötürənlər tərəfindən marafona artıq 2284 vakansiya təqdim edilib. Bu vakansiyalar üzrə işlə təmin olunanların sayı da artaraq 626-ya çatıb ki, onlardan 514-ü qazi, 112-i şəhid ailəsi üzvləridir.İşini itirən şəxslərlə bağlı isə bildiririk ki, onlar məşğulluq orqanına müraciət etdikdə, onların işlə təminatı üçün bütün müvafiq işlər aparılır. Eyni zamanda, işsiz şəxslər işsizlik sığortası ilə təmin edilirlər. İşsizliyə görə sığorta ödənişinin məbləği sığorta stajından asılı olmayaraq, itirilmiş orta aylıq əməkhaqqının 50 faizi məbləğində hesablanır. İlk dəfə təyin olunan sığorta ödənişi işsizlik müddətinin davamlılığına uyğun olaraq aşağıdakı faiz dərəcələrinə mütənasib şəkildə, lakin minimum sığorta ödənişinin məbləğindən az olmayaraq ödənilir: ilk 2 təqvim ayı üçün – 100 faiz; 3-4-cü təqvim ayları üçün – 80 faiz; 5-6-cı təqvim ayları üçün – 70 faiz. Təkrar müraciət zamanı minimum sığorta ödənişi ödənilir.
 
 Gülnar Nazimqızı 
 
 
 
 



www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol