• $
  • €
  • ₽
  • ₺
  • £

Rəqəmsal transformasiya üzrə Yol Xəritəsi imzalandı

Rəqəmsal transformasiya üzrə Yol Xəritəsi imzalandı
14.09.2021 18:29
Azərbaycan Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisinin sədri Ali Taha Koçun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Nazirlikdən Anews.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycanın rəqəmsal transformasiya konsepsiyasının həyata keçirilməsi, kibertəhlükəsizlik, fərdi məlumatların mühafizəsi, "Hökumət buludu” və digər məsələlər üzrə gələcək əməkdaşlıqla əlaqədar müzakirələr aparılıb.

Görüşün sonunda "Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Türkiyə Prezidenti Administrasiyasının Rəqəmsal Transformasiya Ofisi arasında rəqəmsal transformasiya üzrə Azərbaycan – Türkiyə İşçi qrupunun Yol Xəritəsi” imzalanıb.

Yol Xəritəsi əsasında əməkdaşlığın əsas məqsədlərini rəqəmsal transformasiya sahəsində siyasətin formalaşdırılması və həyata keçirilməsi ilə yanaşı, insan resurslarının inkişafı təşkil edir.
Xatırladaq ki, sözügedən İşçi qrupunun yaradılması məsələsi 2021-ci ilin fevral ayında Türkiyədə keçirilmiş görüşdə tərəflər arasında razılaşdırılıb. Sonrakı görüşlər zamanı əməkdaşlıq üzrə əsas istiqamətlər müəyyən edilərək Yol Xəritəsinin hazırlanmasına dair razılığa gəlinib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Cəmiyyət 23:30
Xaçmazda iki avtomobil toqquşub, bir ailənin altı üzvü xəsarət alıb
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Cəmiyyət 22:56
Qazaxda 63 yaşlı kişi Kürdə batıb
Bu ərazilərdə qaz olmayacaq
Cəmiyyət 22:20
Bu ərazilərdə qaz olmayacaq
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Cəmiyyət 18:06
Sabah hava meteohəssas insanlar üçün əlverişsiz olacaq
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:43
Magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Cəmiyyət 13:30
Gəncədə yol qəzası baş verib, xəsarət alanlar var
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Cəmiyyət 12:38
Sabah Bakıya yağış, dağlıq ərazilərə qar yağacaq
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Cəmiyyət 12:01
Azərbaycan vətəndaşlarının İordaniyaya vizasız rejimi tətbiq edilib
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Cəmiyyət 11:45
Astarada yol qəzası nəticəsində qaz xətti zədələnib, beş kənddə qaz kəsilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol