• $
  • €
  • ₽
  • ₺
  • £

Subsidiya alınması üçün sığortalanacaq bitkilərin siyahısı təsdiqlənib

Subsidiya alınması üçün sığortalanacaq bitkilərin siyahısı təsdiqlənib
15.09.2021 10:51
Azərbaycanın kənd təsərrüfatı sektorunda subsidiyalarının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı təsdiqlənib.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Prezident İlham Əliyev 27 iyun 2019-cu il tarixli fərmanı ilə təsdiq edilmiş "Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası”nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb. Fərmana əsasən, ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rola malik olan bitkilər üzrə 10 hektardan artıq əkin sahələrinə əkin subsidiyaları 3 il ərzində aqrar sığorta olunmaqla veriləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, qarşıdakı mövsümdə sözügedən tələb 7 bitkiyə aid olacaq. Bunlar - arpa, buğda, çəltik, qarğıdalı, fındıq, çay və limondur. Sığortalanacaq məhsulların siyahısını hər il Şura müəyyən edəcək. Adı çəkilən bitki növlərinin 10 hektardan artıq əkin sahəsi üçün subsidiyalar aqrar sığorta müqaviləsi imzalanmaqla ayrılacaq. Sözügedən bitkilər ölkənin ərzaq təhlükəsizliyi və qida ilə təminatı, o cümlədən heyvandarlığın inkişafı və ixrac imkanları üçün mühüm rola malikdir. Eləcə də bu bitkilərin becərilməsi ilə minlərlə fermer, sahibkar, yüz minlərlə bölgə əhalisi məşğul olur. Həmin sahələrin sığortalanması ölkənin ərzaq təhlükəsizliyi ilə yanaşı, bu sahədə təhlükəsiz biznes mühiti yaradacaq, fermerlərin gəlirlərini və qazancını qoruyacaq, eləcə də bölgə əhalisinin davamlı məşğulluğuna dəstək verəcək.

Yeni tələb ölkə üzrə təsərrüfatların sayca cüzi hissəsini əhatə edir. Ölkə üzrə orta rəqəmləri əsas götürsək, bir hektar taxıl sahəsinin sığorta haqqı regionlar üzrə əsasən 8-12 manat arasında dəyişir ki, bu da dövlət tərəfindən fermerlərə ödənilən əkin subsidiyasının cüzi hissəsini təşkil edir və fermerlər üçün əlavə ciddi maliyyə öhdəliyi yaratmayacaq.

Azərbaycanda tətbiq edilən aqrar sığorta mexanizmi əkin sahələrini əsas risklərdən – təbii fəlakət, fırtına, qasırğa, dolu, yanğın və 3-cü şəxslərin hərəkətlərindən qoruyur. Əlavə ödəniş müqabilində əkin sahələrini bitki xəstəlikləri və ziyanvericilər, eləcə də xüsusi təhlükəli ziyanvericilərin vurduğu zərərdən də sığortalamaq mümkündür. Aqrar sığorta qaydalarına əsasən, əkin sahələrinin sığortası üzrə hesablanmış sığorta haqqının 50%-ni fermerlərə dəstək məqsədilə dövlət ödəyir. Qısa müddətdə ölkənin əksər rayonunda aqrar sığorta geniş tətbiq edilir. Artıq sığorta hadisələri üzrə ödənişlərin verilməsinə də başlanılıb.

Fermerlər əkin sahələrini sığortalamaq üçün əkinlərin bəyanından əvvəl birbaşa olaraq Aqrar Sığorta Fonduna, aqrar sığorta sisteminə daxil olan sığorta şirkətlərinin yerli ofislərinə müraciət edə və yaxud 1651 nömrəsinə zəng edə bilərlər.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol