• $
  • €
  • ₽
  • ₺
  • £

Oğlu minaya düşərək ölən ananın evi yandı

Oğlu minaya düşərək ölən ananın evi yandı
15.09.2021 12:33
Bu ilin fevralında Suqovuşanda minaya düşərək həlak olan Bəxtiyar Mahmudovun Tərtərin Şıxarx qəsəbəsində məskunlaşan ailəsinin evi yanıb.

Bu barədə "Qafqazinfo”ya onun qardaşı Şəhriyar Mahmudov məlumat verib. O qeyd edib ki, hadisə bu gecə qısaqapanma nəticəsində baş verib:

"Gecə saat 2-də şaqqıltı səsləri eşitdim. Oyanıb gördüm ki, ev yanır. Yanğınsöndürənlər gəlib söndürdülər. Evdə olan əşyaların hamısı yanaraq kül olub. Sadəcə 5-6 dənə yanmayan yorğan-döşək qalıb. Hazırda köməksiz vəziyyətdə qalmışıq. Mən qardaşımın uşaqları, gəlin və anamla birgə bu evdə yaşayırıq.  Qapıda evə gəlib baxmalarını gözləyirik. Hələ ki, gələn yoxdur”.

Bir müddət əvvəl  Bəxtiyar Mahmudovun ailəsinin  bildirdiyinə görə, müharibə zamanı düşmən tərəfindən Bəxtiyargilin evinə mərmi atılıb. Nəticədə, evə ziyan dəyib, tövlə dağıdılıb.

Vətən müharibəsi zamanı cəbhəyə yardım aparan 33 yaşlı Bəxtiyarın iki körpəsi yadigar qalıb. B. Mahmudovun körpələri hazırda onun gözdən əlil anası Əsli Baxşəliyevaya əmanətdir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol