• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın dirçəlişi üçün ianə etmək mexanizmi asanlaşdırılıb

Qarabağın dirçəlişi üçün ianə etmək mexanizmi asanlaşdırılıb
15.09.2021 15:54
"8112” qısa nömrəsinə SMS göndərməklə Qarabağ Dirçəliş Fonduna ianə etmək imkanı yaradııb.

Fonddan verilən məlumata görə, artıq bütün mobil operator istifadəçiləri (Azercell, Bakcell və Nar) "8112” qısa nömrəsinə SMS göndərməklə Fonda 1 AZN-dən 50 AZN-dək ianə edə bilər.

SMS-in mətnində 1, 3, 5, 10, 20, 50 rəqəmlərini yazmaqla müvafiq olaraq, Fonda 1 AZN, 3 AZN, 5 AZN, 10 AZN, 20 AZN və 50 AZN dəyərində ianə etmək mümkündür.

SMS-si göndərdikdən dərhal sonra vətəndaşa ödənişin statusu ilə bağlı müvafiq cavab mətni göndərilir.

Hər hansı bir səbəbdən əməliyyatın uğursuz olması ilə bağlı cavab gələrsə abunəçi əlavə məlumat almaq üçün https://qdf.gov.az/iane-et/sms-telimat səhifəsinə keçid edə bilər. Həmin səhifədə uğursuz əməliyyatlarla bağlı ətraflı məlumat əks olunub.

SMS-lərin göndərilməsi üçün abunəçilərdən xidmət haqqı tutulmur.

Fonda vəsait köçürmək istəyən şəxslər SMS ianə ilə yanaşı, Qarabağ Dirçəliş Fondunun rəsmi veb səhifəsi (www.qdf.gov.az/iane-et/), bankların veb saytları və mobil tətbiqləri ("Kapital Bank”, "Azərbaycan Beynəlxalq Bankı”, "Unibank”, "Paşa Bank”, "Express Bank”, "Rabitə Bank” və s.), eyni zamanda onlayn ödəmə platformaları (Hesab.az, AsanPay, Hökümət ödəniş portalı, Portmanat, E-pul) və ödəniş terminalları (MilliÖn, E-Manat) vasitəsilə ödənişi həyata keçirə bilərlər.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol