• $
  • €
  • ₽
  • ₺
  • £

Sabah Bakının bu yolları bağlı olacaq - XƏBƏRDARLIQ

Sabah Bakının bu yolları bağlı olacaq - XƏBƏRDARLIQ
15.09.2021 17:02
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi "Qarabağ”ın Bakıda İsveçrə "Bazel”inə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının qrup mərhələsinin I tur oyunu ilə bağlı vətəndaşlara müraciət edib.

İdarədən verilən məlumata görə, sentyabrın 16-da Bakı Olimpiya Stadionunda keçiriləcək oyunla əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək üçün Ziya Bünyadov prospekti ilə hərəkət edən sürücülər Bakı Nəqliyyat Agentliyinin yanından Böyük Şor bulvarı Bakı Olimpiya Stadionunda istiqamətində, Heydər Əliyev prospektində hərəkət edən sürücülər isə 5 saylı "ASAN xidmət”in yanından Bakı Olimpiya Stadionu istiqamətində hərəkətin məhdudlaşdırılacağını nəzərə alsınlar.

"Sürücülərdən xahiş olunur ki, oyuna şəxsi nəqliyyat vasitələri ilə deyil, ictimai nəqliyyat vasitəsi ilə getsinlər.

Eyni zamanda pandemiya şəraitinin davam etdiyini nəzərə alaraq, xüsusi karantin rejminin tələblərinə də əməl etmələri xahiş edilir.

Sürücülərimizdən və vətəndaşlarımızdan xahiş edirik ki, metronun "Koroğlu” stansiyasının yanından təhlükəsiz piyada keçidi ilə əraziyə daxil olsunlar”, - deyə müraciətdə qeyd edilir.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol