• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı xəstəxanasında yeni doğulan uşaq öldü

Bakı xəstəxanasında yeni doğulan uşaq öldü
29.05.2020 05:07

Ailədə uşağın dünyaya gəlməsi, həmin evə sevinc, yeni nəfəs gətirir.  ANS TV-nin məlumatına görə, amma Nuriyevlər ailəsi bu sevinci uzun müddət yaşaya bilməyiblər. 

Yeni dünyaya gələn körpənin ölümündə isə onlar həkimi günahlandırırlar.

Nuriyevlər ailəsi ötən gün səhərlərini yeni dünyaya gələn qız nəvələrinin ölüm xəbərilə açıblar. Ötən gün səhər saatlarında Suraxanı rayonunda yerləşən 3 saylı doğum evində uşaq dünyaya gətirən Ayşən Abdullayevanın qız övladı ölüb. Onlar deyir ki, Ayşən xəstəxanaya gətiriləndə vəziyyəti normal olub. Hamiləlik dövründə də müayinə zamanı onun heç bir problemi olmayıb. Uşaq da dünyaya gələndə normal çəkidə olub. Valideynlər deyir ki, əvvəlcə həkimlər uşağın vəziyyətinin ağır olması və onun dünyasını dəyişməsi barədə heç bir söz deməyiblər. Valideynlər məsələdən xəbər tutanda isə artıq iş-işdən keçmiş olub.

Ayşənin anası Zahidə Nuriyevanın sözlərinə görə, qızım zəng vurub ki, bəs uşaq yoxdur aparıblar aşağı: “Mən dedim ki, necə yəni yoxdur. Gəldik bura, amma bizə uşağı göstərmədilər. Gəlmişəm qapını açmırlar. Nə bir həkim var, nə bir tibb başısı var, burda o qədər ağır xəstə var ki”. 

Ayşən Abdullayeva onun övadının ölməsinə səbəb kimi həkimlərin ondan pul istəməsini və onun isə bu pulu verə bilməməsini əsas gətirir.

Həkim isə validyenlərin dediklərilə qətiyyən razılaşmır. O deyir ki, Ayşən Abdullayevə xəstəxanaya gətirilən kimi ona yardım edilib. Uşaq anadan olan zaman vəziyyəti ağır olub və bu barədə valideynlərə məlumat verilib. Pul məsələsinə gəldikdə isə həkim deyilənləri əsassız adlandırıb. 

Ginekoloq Nailə Abdullayeva deyir ki, orda ciftdə problem var idi: 

“Qatılaşmışdı, biz onun bədənini təmizlədik. Uşağın 20 dəqiqədən sonra nəfəsi gəldi, oda çətin. Ümumiyyətlə pul söhbəti olmayıb”. 

ANS PRESS

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol