• $
  • €
  • ₽
  • ₺
  • £

“Azərikimya”da növbəti qanvermə aksiyası keçirilib

“Azərikimya”da növbəti qanvermə aksiyası keçirilib
17.09.2021 21:00
Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azərikimya” İstehsalat Birliyinində "20 Sentyabr Neftçilər Günü" Tədbirlər Proqramı çərçivəsində hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara və digər xəstəliklər səbəbindən qana ehtiyac duyan insanlara dəstək məqsədilə növbəti qanvermə aksiyası keçirilib.


Anews.az-ın SOCAR-a istinadən verdiyi məlumata görə, qanverməni B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının ezam etdiyi xüsusi tibbi briqada aparıb.


"COVID-19" pandemiyası ilə əlaqədar Nazirlər Kabinetinin xüsusi karantin qaydalarının bütün tələblərinə uyğun şəkildə təşkil edilmiş aksiyada 150 nəfər qan verib.


Xatırladaq ki, SOCAR-ın çoxminlik kollektivi Birinci vitse-prezident Mehriban Əliyevanın çağırışı ilə "Talassemiyasız həyat naminə” talasemiyalı uşaqlara yardım proqramına 2009-cu ildən qoşulub. Bu günə qədər 36 445 nəfər SOCAR əməkdaşı donorluq edərək talassemiyalı uşaqlara köməklik məqsədi ilə qanvermə aksiyasında iştirak edib. 2020-2021-ci illərdə isə SOCAR əməkdaşlarından 2 272 nəfəri qanvermə aksiyasında iştirak edib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol