• $
  • €
  • ₽
  • ₺
  • £

İnternatda böyüyən, polis şöbəsində yaşayan Renada hökm oxundu

İnternatda böyüyən, polis şöbəsində yaşayan Renada hökm oxundu
22.09.2021 15:44
Bakıda köhnə polis şöbəsinin istifadəyə yararsız binasının birinci mərtəbəsində yaşayan şəxs tanımadığı adamlardan aldığı avtomatı üzərində gəzdirdiyi üçün həbs olunub.


Anews.az xəbər verir ki, bu ilin aprelin 10-da əvvəllər məhkumluq həyatı yaşamış, 27 yaşlı Renad Həmzəyev mənfəət qarşılığında "Kalaşnikov” konstruksiyalı avtomatını satmaq üçün üzərində gəzdirib. Məhkəmədə dindirilən R.Həmzəyev 3 yaşından Bakı şəhəri 7 saylı xüsusi internat məktəbində böyüdüyünü deyib: "Valideynlərimin kim olduğunu bilmirəm. Daimi yaşayış yerim olmadığı üçün Nizami rayonu 25-ci polis şöbəsinin keçmiş binasının 1-ci mərtəbəsindəki boş, istifadəsiz otaqda yaşayırdım. Aprelin 9-da içkili idim və "Neftçilər” metrostansiyası yaxınlığındakı "Maklerlər bağı”nda oturmuşdum. Tanımadığım iki nəfər mənə yaxınlaşaraq onlarda avtomat olduğunu, həmin silahı satmaqda onlara kömək etməyimi istədilər.


Silahın harada, kimə və neçəyə satılacağını soruşduqda həmin şəxslər bir nəfər restoran müdirinin gəlib dedikləri yerdə silahı məndən götürüb 1500 manat pul verəcəyini dedilər. Silahı satanda mənə 500 manat verəcəklərini dedilər. Həmin şəxslər mənə bu gün içkili olduğumu, səhəri gün həmin yerdə görüşüb satılası avtomatı mənə verəcəklərini, hara getməli olduğumu deyəcəklərini bildirdilər. Aprelin 10-da həmin şəxslərlə "Makler bağı”nda görüşdük.


Onlarla birlikdə yaşadığım yerə getdik. Bir az sonra tanımadığım başqa bir kişi gətirib avtomatı mənə verdi. Mən də silahı götürüb çiynimdən asıb, üstdən də palto geyindim. Üzü Nizami Rayon Məhkəməsinə tərəf getdik. Məhkəmənin yanında döngədə mənə silahı verən şəxs burada dayanmağımı, müştərinin bura gələcəyini dedi. Sonra mülki geyimli üç şəxs mənə yaxınlaşaraq özlərini polis kimi təqdim etdilər. Üzərimə baxdıqlarında avtomatı gördülər, məni polis şöbəsinə aparıb orada izahatımı aldılar. Tutduğum əməldən peşmanam”.


Bakı şəhəri Nizami RPİ-nin 25-ci PŞ-nin baş əməliyyat müvəkkili məhkəmədə ifadə verərək R.Həmzəyevlə təsadüfən rastlaşdıqlarını deyib: "Aprelin 10-da saat 13 radələrində bizə məlumat daxil oldu ki, "Planet” şadlıq sarayında toy keçiriləcək. Həmin ərazidə müşahidə apardığım zaman əvvəllər üzərində uzun qara rəngli palto olan bir nəfərin həmin ərazidə şübhəli halda gəzdiyini gördüm. Həmin şəxsə diqqətlə baxanda onun belində, üzərində olan paltonun altında şübhəli əşya olduğu bilinirdi. Dərhal bu barədə ətrafda olan polislərə məlumat verdim və avtomobildən düşərək həmin şəxsə yaxınlaşdıq. Yaxınlaşan zaman o bizə adının Renad olduğunu dedi. Həmin vaxt Renad adlı şəxs özünü itirərək uzaqlaşmaq istədi. Buna görə onun qolundan tutaraq Polis Şöbəsinə dəvət etdik”.


Bakı Şəhər Nizami Rayon Məhkəməsinin qərarı ilə R.Həmzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.



www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Cəmiyyət 13:21
Balıqçılıqda gender fərqi: kişilərin sayı qadınlardan 181 dəfə çoxdur
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Cəmiyyət 13:12
Bağça müəllimləri üçün sınaq imtahanı başlayır
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Cəmiyyət 13:05
Mehdiyevin ailəsi Əli Kərimlinin məhkəməsində şahid qismində dindiləcək
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Cəmiyyət 12:50
Bir həftədə nə qədər ərazi minadan təmizlənib - statistika
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Cəmiyyət 11:13
Media və Yayım Şurası onlayn media subyektlərinə dəstək müsabiqəsi elan edib
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Cəmiyyət 10:54
Azərbaycanda 64 yaşdan yuxarı qadınlar kompüterdən kişilərdən daha çox istifadə edir
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Cəmiyyət 10:36
Bakıda körpə 11-ci mərtəbədən yıxılaraq ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol