• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda yeni ailə modeli tətbiq olunacaq

Azərbaycanda yeni ailə modeli tətbiq olunacaq
29.09.2021 13:08
"Uşaqlara qayğı sisteminin dünyada geniş yayılmış nümunələrindən biri olan və dövlət müəssisələrindəki uşaqların himayədar ailələrə verilməsi ilə ailə mühitində yaşamalarına şərait yaradan "Himayədar ailə” qayğı modelinin ölkəmizdə də tətbiqi nəzərdə tutulur. Bu məqsədlə institusional hazırlıq işləri aparılır. BMT-nin Uşaq Fondu (UNICEF) ilə əməkdaşlıq istiqamətlərindən biri də bu sahəni əhatə edir".

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev UNICEF-in Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə tanışlıq görüşündə bildirib.

A.Haykensi yeni təyinatı münasibətilə təbrik edən nazir uşaqların müdafiəsi və inkişafının, hüquqlarının qorunmasının dövlətimizin sosial siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb.

S.Babayev ölkədə sosial müdafiə, eləcə də uşaq qayğı sisteminin inkişafı istiqamətində aparılan islahatları, bu sahədə UNICEF-lə fəal əməkdaşlıq həyata keçirildiyini qeyd edib.

Nazir bu ilin may ayında imzalanmış "2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı”nın əhəmiyyətini diqqətə çatdırıb. Bu Plan üzrə UNICEF-lə birgə pilot mərhələdə icra edilən "İnteqrasiya olunmuş sosial xidmətlər modeli”ni qeyd edib. Həssas qruplardan olan uşaqlar və ailələrlə bağlı vahid mərkəzdən eyni vaxtda bir neçə istiqamətdə kompleks sosial xidmətləri nəzərdə tutan həmin modelin geniş tətbiqinin nəzərdə tutulduğunu bildirib.

A.Haykens UNICEF-in Azərbaycandakı nümayəndəliyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında ötən dövrdə uğurlu əməkdaşlıq təcrübəsinin formalaşdığını və bu əməkdaşlığın qarşıdakı dövrdə də inkişafı üçün səy göstərəcəyini vurğulayıb.

Görüşdə hazırki əməkdaşlıq istiqamətləri, ölkəmizdə uşaq qayğı sisteminin inkişafı sahəsində aparılan islahatlar, "2021-2022-ci illər üçün Sosial Müdafiə və Uşaq Müdafiəsi üzrə Dövri Fəaliyyət Planı” üzrə görüləcək birgə işlərə dair fikir mübadiləsi aparılıb.




www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol