• $
  • €
  • ₽
  • ₺
  • £

Prokuror dələduzluqda təqsirləndirilən hakimə cəza istəyib

Prokuror dələduzluqda təqsirləndirilən hakimə cəza istəyib
29.09.2021 15:11
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq hakim, dələduzluqda təqsirləndirilən Lətif Nəbiyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.
"Report” xəbər verir ki, hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı çıxışında L.Nəbiyevin 9 il müddətinə azadlıqdan məhrum edilməsini və barəsində səçilmiş polis nəzarətinə verilmə qətimkan tədbirinin həbs qətimkan tədbiri ilə dəyişdirilməsini istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 6-na təyin edilib.

Uzun müddət Bakı Apellyasiya Məhkəməsinin və Suraxanı Rayon Məhkəməsinin hakimi olmuş Lətif Ədil oğlu Nəbiyev külli miqdarda dələduzluqda ittiham edilir.
İttihama görə, L.Nəbiyev iş düzəltmək adı ilə vətəndaşlardan 100 min manatdan artıq vəsait alaraq dələduzluq yolu ilə ələ keçirib.

Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqda) maddəsi ilə ittiham verilib.

Cinayət işi üzrə iki nəfər zərərçəkən şəxs qismində tanınır.

Cinayət işi üzrə ibtidai istintaq başa çatdıqdan sonra baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilsə də, məhkəmə aidiyyətlə bağlı məsələyə baxaraq işin Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsi barədə qərar verib.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol