• $
  • €
  • ₽
  • ₺
  • £

Son bir ayda zorakılığa məruz qalan uşaqlar arasında qızlar üstünlük təşkil edir - RƏSMİ

Son bir ayda zorakılığa məruz qalan uşaqlar arasında qızlar üstünlük təşkil edir - RƏSMİ
30.09.2021 17:53
2021-ci ilin avqustunda "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinə 18 yaşdan kiçik uşaq və yeniyetmələr tərəfindən daxil olan 134  müraciətdən 85-i qız və 53-ü oğlanlar tərəfindən olub, bunu anews.az-ın sorğusuna cavab olaraq "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin koordinatoru, psixoloq Xoşqədəm Quliyeva deyib.
 
O bildirib ki, qaynar xəttə ən çox ailədaxili problemlərlə üzləşən, intihara meyilli, özünəinam əksikliyi​ və s. problemlərlə üzləşən uşaqlar müraciət edir.​ 
 
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik Araşdırmalar şöbəsinin müdiri Elgün Səfərovun sözlərinə görə isə son illərdə psixoloji zorakılığa məruz qalan uşaqların sayı azalıb.
 
"Azərbaycanda uşaqların daha çox ailədə psixoloji və fiziki zorakılığa məruz qalır. Təəssüf ki, psixoloji zorakılıq faktlarının çoxu qeydiyyata düşmür. Fiziki zorakılığa məruz qalanlar əvvəlcə psixi zorakılığa məruz qalır. Ailədə narkotik və ya alkoqol istifadəsi də uşaqların zorakılığına səbəb olma ehtimallarından biridir. Ötən illə müqayisədə uşaqlara qarşı zorakılıq hallarında azalma müşahidə edilir. Bu cür hallarının aradan qaldırılması ilə bağlı milli qanunvericiliyin təkmilləşdirilməsi işləri mütəmadi davam etdirilməlidir. Maarifləndirmə kampaniyalarının aparılması, risk altında olan ailələrlə psixoloqların birbaşa işləməsi çox vacibdir", - deyə Elgün Səfərov bildirib.

Orxan Mirzəyev

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol