42 dövlət əmlakı hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 26 oktyabr tarixində özəlləşdirmə hərracı təşkil ediləcək. Hərraca ümumilikdə 42 dövlət əmlakı çıxarılacaq. Bunlardan 15-i kiçik dövlət müəssisəsi, 1-i qeyri-yaşayış binası, 26-sı nəqliyyat vasitəsidir.
Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Özəlləşdirməyə çıxarılan dövlət əmlakının tam siyahısı ilə burada tanış ola bilərsiniz: (https://bit.ly/3kPNJPh)
Özəlləşdirmə hərraclarında iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan dövlət əmlakı üzrə seçim edə bilər. Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) müvafiq hərrac xidmətini seçərək qeydiyyatdan keçib, dövlət əmlakının ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyib hərracda iştirakçı statusu almaq mümkündür. Sifarişçilər hərraclara onlayn formada da qoşula bilər.
www.anews.az
























