• $
  • €
  • ₽
  • ₺
  • £

40 ildir sakinləri zəhərləyən zibilxana təmizlənib

40 ildir sakinləri zəhərləyən zibilxana təmizlənib
30.09.2021 18:00
Cəlilabad şəhəri Mirzəli Hüseynzadə küçəsində yerləşən və 40 ildir yığılan tullantılar daşınmayan zibilxana təmizlənib.

Bu barədə  həmin küçədə yaşayan sakinlər məlumat verib.

Onların sözlərinə görə, keçmiş "Məişət evi”nin yaxınlığında böyük bir zibillik poliqonu olub. Həmin əraziyə təxminən 40 il ərzində yaxınlıqdakı 2 mərtəbəli yaşayış binasının sakinləri ilə yanaşı, həm də ətraf küçələrin sakinləri öz məişət tullantılarını atıblar:

"Bu səbəbdən də şəhərin tam mərkəzində üfunətli bir mənzərə yaranmışdı. Bu ərazi bakteriya və mikrob mərkəzi, gəmirici, bəzən də yırtıcı və zəhərli heyvanların məkanına çevrilmişdi. Həmçinin məsuliyyətsiz şəxslər həmin zibilliyə od vurur, nəticədə ətrafda yerləşən evlərə və həyətyanı sahələrə, xüsusilə də ərazidən keçən dövlət əhəmiyyətli qaz xətti üçün ciddi təhlükə yaranırdı".

Məlumata görə, sonuncu dəfə ötən ilin avqust ayında şəhərin mərkəzində yerləşən zibilxanada yanğın törədilib: "Yanğın nəticəsində ətraf sakinlərə ciddi ziyan dəymişdi və hətta yanğın mərkəzi stadionun ərazisinə də keçmişdi. Yalnız yanğınsöndürənlərin əraziyə vaxtında gəlməsi və alovu söndürməsi nəticəsində böyük bir təhlükə sovuşmuşdu”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol