• $
  • €
  • ₽
  • ₺
  • £

Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yaydı

Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yaydı
30.09.2021 18:34
Ali Məhkəmə və Ədliyyə Nazirliyi birgə məlumat yayıb.

Anews.az  xəbərinə görə, bildirilib ki, ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədalət mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin artırılması üzrə ardıcıl tədbirlər görülür, o cümlədən, beynəlxalq təcrübə nəzərə alınaraq, dövlət rüsumu ilə bağlı qanunvericiliyə dəyişikliklər edilib:

"Həmin dəyişikliklərə əsasən, dövlət rüsumu tutulmalı olan hərəkətlər sistemləşdirilib və dövlət rüsumunun dərəcələri diferensial qaydada müəyyən olunub.

2021-ci ilin oktyabrın 1-dən qüvvəyə minən qanunvericilikdəki yeniliklərlə bağlı məhkəmələrdə bu işə məsul şəxslər ayrılıb, könüllülər cəlb olunub və həmin şəxslərlə təlim tədbirləri keçirilib.
Həmçinin əhalinin məlumatlandırılması üçün maarifləndirmə və təbliğat işi aparılıb, məhkəmələrdə dövlət rüsumlarının hesablanmasına dair xüsusi informasiya stendləri quraşdırılıb, məsələ ilə bağlı məhkəmələrin vahid internet portalında və Ədliyyə Nazirliyinin saytında ayrıca bölmələr yaradılıb.
Vətəndaş məmnunluğunun təmin edilməsi, habelə təcrübədə rahat və asan istifadə olunması məqsədilə rüsumların dəqiq və avtomatik hesablanmasına imkan verən onlayn kalkulyator, eləcə də xüsusi metodiki vəsait hazırlanaraq məhkəmələrin vahid portalında (courts.gov.az), Ali Məhkəmənin (supremecourt.gov.az) və Ədliyyə Nazirliyinin (justice.gov.az) internet saytlarında yerləşdirilib”.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol