• $
  • €
  • ₽
  • ₺
  • £

“Arvadımı öldürməyim sadəcə şit bir zarafatın nəticəsi idi” - Hakim

“Arvadımı öldürməyim sadəcə şit bir zarafatın nəticəsi idi” - Hakim
30.09.2021 19:27
Bu gün həyat yoldaşını güllələyərək öldürməkdə təqsirləndirilən Sabunçu Rayon Məhkəməsinin sabiq hakimi Fəqan Əhmədova hökm oxunub. Ona 10 il azadlıqdan məhrum etmə cəzası verilib. 

"Qafqazinfo” xəbər verir ki, hakim son sözündə ittihamla qəti razı olmadığını bildirib:

"İttiham aktında qeyd olunanlar fərziyyədir. Nə vaxtdan 15 il bir yerdə yaşadığın arvadına yüksək tonda nəsə deməyin təhqir sayılır?! Bir insanı qəsdən öldürmək üçün bunu arzulamalısan. Mənim onu öldürməyim sadəcə şit bir zarafatın nəticəsi idi.

15 il Pərvanə ilə nikahda olmuşam. Mən onu sevirdim. Həmişə də belə olacaq. İstəməzdim ki, onun başından bir tük belə əskik olmasın, nəinki onu öldürmək”.

Qeyd edək ki, Sabunçu Rayon Məhkəməsinin hakimi vəzifəsində işləyən Əhmədov Fəqan Rövşən oğlun 2021-ci il mayın 30-da Nardaran qəsəbəsi, "Ləhiş bağları”nda birgə yaşadıqları evdə şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı ov tüfəngindən atəş açaraq, arvadı Pərvanə Əhmədovanı öldürmüşdü.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Cəmiyyət 21:30
Alyona Əliyeva DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinidə
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Cəmiyyət 21:05
Neftçalada su xəttində qəza baş verib, suyun verilişi dayandırılıb
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Cəmiyyət 20:47
Sulutəpədə ikimərtəbəli ev yanıb - Video
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Cəmiyyət 20:36
Qarabağ Universiteti tələbələrin qovulması barədə məlumatları təkzib edib
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:53
Bakıda avtomobil yanıb
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Cəmiyyət 17:59
Antisanitariya, vaxtı keçmiş içki və qidalar... - “By Fateh Gənclik” bağlandı
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Cəmiyyət 17:19
Küləklə bağlı sarı və narıncı xəbərdarlıq edilib
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Cəmiyyət 14:56
Torpaq yoxdur - müharibə iştirakçısı icra başçısının qəbulundan narazıdır
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Cəmiyyət 14:13
Səbail və Yasamalın bəzi hissələrində su kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol