Yevlaxın sabiq icra başçısı yenidən həbs olundu

Yevlax Rayon İcra Hakimiyyətinin sabiq başçısı Qoca Səmədovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Anews.az APA-ya istinadən xəbər verir ki, sabiq icra başçısı bu gün Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, Qoca Səmədovun bir müddət əvvəl səhhətində yaranan problemlə bağlı məhkəmənin qərarı ilə başqa yerə getməmək barədə iltizam tədbiri seçilərək azadlığa buraxılmışdı.
www.anews.az
























