• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır

“Nar”ın baş sponsorluğu ilə Azərbaycan çempionu titulu uğrunda yarış başlayır
01.10.2021 16:00
"Nar”ın baş sponsorluğu ilə ölkənin ən baxımlı intellektual yarışı olan "Breyn Rinq”in 18-ci mövsümü start götürür. Bilik yarışının builki mövsümündə respublikanın 6 bölgəsi və 6 ali məktəbini təmsil edən 16 seçilmiş komanda olimpiya sistemi üzrə "Bilik” kuboku uğrunda mübarizə aparacaq. "Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm qalib olmuş "Nar” komandası ilə "Breyn Rinq 2021” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq. Oktyabrın 1-dən start götürəcək yarış hər həftənin cümə günü saat 19:20-də İctimai Televiziyada yayımlanacaq. Qeyd edək ki, mobil operator builki mövsümdə də "Nar” və işğaldan azad edilmiş bölgələrin intellektuallarının birləşdiyi "Qarabağ” komandalarını dəstəkləyəcək. 

Televiziya tamaşaçılarını da yarışa cəlb etmək məqsədilə, bu il də "Nar”ın "Twitter” səhifəsində yarış keçiriləcək. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən "Nar”, artıq 9 ildir ki, "Breyn Rinq” intellektual yarışının baş sponsorudur. "Nar”ın digər layihələri haqqında ətraflı nar.az səhifəsində tanış olmaq olar. 

"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 91%-ni əhatə edir və 8780-dan artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir. Mobil operator şəbəkə keyfiyyətinin davamlı təkmilləşdirilməsi strategiyası çərçivəsində səs keyfiyyətinin nəzərəçarpacaq dərəcədə artımını və səsin təmiz ötürülməsini təmin edən "HD-Voice” (High Definition Voice) xidmətini təqdim edib. 







www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol