• $
  • €
  • ₽
  • ₺
  • £

Suqovuşanın işğaldan azad edilməsindən 1 il ötür

Suqovuşanın işğaldan azad edilməsindən 1 il ötür
03.10.2021 09:14
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinin erməni işğalından azad edilməsindən bir il ötür. 

"Qafqazinfo" xəbər verir ki, 2 oktyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələri  Tərtər şəhərini, rayonun Şıxarx qəsəbəsini və Bərdə rayonunun Soğanverdilər kəndini intensiv artilleriya atəşinə tutub. 

Azərbaycan Ordusu 3 oktyabr tarixində Tərtər rayonunun Talış və Madagiz kəndlərini tamamilə işğaldan azad edib.

Azərbaycan Müdafiə Nazirliyinin verdiyi məlumata əsasən, Madagiz-Ağdərə istiqamətində gedən döyüşlər zamanı Ermənistan silahlı qüvvələrinin 77-ci tank taborunun 4 tankı məhv edilmiş, 3 tankı isə qənimət götürülüb.

Həmçinin Ermənistan silahlı qüvvələrinin Ağdərə istiqamətində yerləşən 5-ci dağatıcı alayının müdafiə sahəsinə artilleriya zərbələrinin endirilməsi nəticəsində alayın 4 ədəd avtomobil texnikası məhv edilib.

Əməliyyat nəticəsində Ermənistan ordusu xeyli canlı və qüvvə texnika itirir. Azərbaycanın Suqovuşan su anbarını ələ keçirməklə düşmənin enerji potensialına zərbə vurulmuş, Tərtər, Goranboy və Yevlax rayonlarına suyun verilməsi ilə ekoloji tarazlıq təmin olunub.
Prezident İlham Əliyevin oktyabrın 3-də verdiyi qərara əsasən, Madagizin tarixi adı olan Suqovuşan adı bərpa edilib. 

"Suqovuşanın azad olunmasına görə" medalı təsis edilib və Prezident İlham Əliyevin 2020-ci ilin dekabrın 29-da və 2021-ci ilin iyunun imzaladığı müvafiq sərəncamlara əsasən, bir qrup hərbi qulluqçu "Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol