• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı məktəblərində çalışan təhsil işçiləri təltif edildi

Bakı məktəblərində çalışan təhsil işçiləri təltif edildi
05.10.2021 10:40
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki məktəblərdə çalışan təhsil işçiləri 5 oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə təltif edilib.

İdarədən bildirilir ki, tədbirdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva, idarənin müvafiq struktur bölmə rəhbərləri, BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, məktəb direktorları və müəllimlər iştirak ediblər.

BŞTİ-nin müdiri Mehriban Vəliyeva Beynəlxalq Müəllimlər Günü münasibətilə həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb. İdarə müdiri ölkəmizdə təhsil işçilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi istiqamətində görülən işlərdən bəhs edib, müəllimlərin dövlətin hərtərəfli qayğısı ilə əhatə olunduğunu vurğulayıb. Bildirib ki, Prezident İlham Əliyevin təhsilə qayğını dövlət siyasətinin prioritetləri sırasına daxil etməsi ölkəmizin gələcəyini daha etibarlı və inamlı görmək əzmindən xəbər verir. O qeyd edib ki, dövlətin məktəbə, təhsilə, müəllimə göstərdiyi qayğının nəticəsidir ki, bu gün ali məktəblərə qəbul olunan gənclərimiz ixtisas seçimi zamanı müəllim peşəsinə daha böyük maraq göstərirlər.

Tədbirdə uğurlarına və səmərəli fəaliyyətinə görə çalışmanın yaş həddinə çatmış əmək müqaviləsinə xitam verilmiş məktəb rəhbərlərinə, 2020-2021-ci tədris ilində olimpiada və müsabiqələrin nəticələrinə görə, fərqlənmə attestatları və qızıl və gümüş nişan alan şagirdlərin sayına görə seçilən məktəb direktorlarına, olimpiada mərkəzlərinə şagird hazırlığını təmin etmiş müəllimlərə BŞTİ tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim olunub. Həmçinin 2021-ci ildə yubileyi olan məktəb rəhbərləri də BŞTİ-nin Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıb.






www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol