• $
  • €
  • ₽
  • ₺
  • £

2 600-dən çox obyektdə monitorinqlər aparılıb

2 600-dən çox obyektdə monitorinqlər aparılıb
05.10.2021 12:12
Daxili İşlər Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələrindən ibarət monitorinq qrupları şənlik məkanlarında tədbirlərin müəyyən edilmiş qayda və tələblərə uyğun təşkilinə nəzarət məqsədilə indiyə qədər 2 600-dən çox obyektdə monitorinq aparıb.

Dövlət Vergi Xidməti bu barədə məlumat yayıb.

Məlumata görə, aparılmış tədbirlər nəticəsində şənlik mərasimləri təşkil edilən obyektlərin xidmət personalı və qonaqlar arasında peyvənd və ya immunitet barədə müvafiq sənədlərə malik olanların sayı əvvəlki dövrlərlə müqayisədə əhəmiyyətli dərəcədə artıb, xidmət personalının vaksinləşmə göstəricisi 90%-dən çoxdur. Bununla belə, bəzi obyektlərdə qayda pozuntusu hallarına hələ də rast gəlinir. İndiyədək monitorinq aparılan tədbirlərdə iştirak edən 316 min nəfər qonağın müvafiq sənədlərinə baxılıb, 29 minədək şəxsin sənədlərində nöqsanlar aşkar edilib. Həmçinin şənlik təşkil edilən məkanların işçi heyəti arasında 1 400 nəfərə yaxın şəxsin qanunvericiliyn tələblərinə əməl etmədiyi müəyyən olunub.

Müşahidələr göstərir ki, rast gəlinən əsas pozuntu halları məkan sahiblərinin şənlik mərasimlərini icaze.e-gov.az portalında qeydə alınmadan təşkil etməsi, zalların ölçüsünün imkan vermədiyi halda daha çox qonaq üçün sifariş qəbul olunması, toylarda qonaqların sayı və masalararası məsafə ilə bağlı məhdudiyyətlərin nəzərə alınmamasıdır.

Monitorinq qruplarının məkan sahibləri ilə apardığı izahat işlərindən sonra həll oluna bilən pozuntular aradan qaldırılır və tədbirlərin qaydalara uyğun keçirilməsi təmin edilir, nümunəvi toy mərasimlərinin təşkil edildiyi məkanlarda yeni evlənənlərə hədiyyələr təqdim olunur.

Tədbirlərin təşkili zamanı karantin rejiminin qayda və tələblərinə ciddi əməl edilməli, xidmət personalının vaksinləşməsinə, fərdi qoruyucu vasitələrlə təmin edilməsinə xüsusi diqqət yetirilməlidir.




www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol