• $
  • €
  • ₽
  • ₺
  • £

Jurnalisti şantaja görə öldürən şəxsdən XƏBƏR VAR

Jurnalisti şantaja görə öldürən şəxsdən XƏBƏR VAR
05.10.2021 13:36
Gəncə Ağır Cinayətlər Məhkəməsində Şəmkirdə qətl törətməkdə təqsirləndirilən Vasif Aslanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim Xəqani Səmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, o, 11 il müddətinə azadlıqdan məhrum edilib.

Hadisə bu ilin yanvar ayının 21-də rayonun Qədim Qala kəndində baş verib.

Kənd sakini, 1985-ci il təvəllüdlü Bəxtiyar Alıyev dayısı oğlu Vasif Aslanov tərəfindən odlu silahla qətlə yetirilib.

İttihama görə, hadisədən bir neçə gün əvvəl Bəxtiyar Alıyev Vasif Aslanovu şantaj edib. Bibisi oğlunun bu əməlindən bezən Vasif Aslanov Bəxtiyar Alıyevi odlu silahla öldürüb.

Şəmkir Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən saxlanılan Vasif Aslanovdan lüləyi kəsilmiş tüfəng götürülüb.

Vasif Aslanovun barəsində 120.1-ci (Qəsdən adam öldürmə) və 228.1-cü (Qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham irəli sürülüb.
 
Bəxtiyar Alıyev bölgədə fəaliyyət göstərən qəzetlərdən birinin redaktoru və təsisçisi olub.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol