• $
  • €
  • ₽
  • ₺
  • £

Nazir əmr imzaladı- Agentliyə yeni təyinat

Nazir əmr imzaladı- Agentliyə yeni təyinat
07.10.2021 10:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyinin İdarə Heyətinə yeni üzv təyin olunub.

Bu barədə təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Murad Əhmədov Agentliyin İdarə Heyətinin üzvü təyin edilib.

Murad Əhmədov 1999-2001-ci illərdə Xəzər universitetində təhsil alıb. 2001 - 2002-ci illərdə "Amrahbank” ASC-də, 2002 - 2005-cü illərdə Mərkəzi Bankda, 2005 - 2006-ci illərdə "KPMG Azerbaijan Limited”, 2006-2012-ci illərdə "Ernst & Young"-da auditor, 2012-2015-ci illərdə "Pasha Holding”də, 2018-2020-ci illərdə "LU-MUN Holding”də, 2020-2021-ci illərdə "Azerbaijan Poultry Company” MMC-də müxtəlif rəhbər vəzifələrdə çalışıb. Hal-hazırda isə "Azmade Group” MMC-də İdarə Heyətinin üzvü vəzifəsində çalışır.

Xatırladaq ki, Agentliyin Nizamnaməsinə əsasən, Agentlik öz fəaliyyətində və idarəetmə prosesində mütərəqqi korporativ idarəetmə standartlarını tətbiq edir. TKTA-nın işinin təşkili, funksional idarəçiliyin həyata keçirilməsi, Agentliyin səmərəli idarə olunması, şəffaf və çevik təşkilati strukturun qurulması,İdarə Heyətinin üzvləri arasında işəgötürənlərin bir nəfər ictimai əsaslarla fəaliyyət göstərəcək nümayəndəsinin olmasının və İdarə Heyəti səlahiyyətlərinin effektiv və funksional həyata keçirilməsinin təmin edilməsi olduqca vacib hesab olunur.

Murad Əhmədovun təyinatı ilə Agentliyin İdarə Heyəti üzvlərinin sayı tam şəkildə formalaşdırılıb.


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol