• $
  • €
  • ₽
  • ₺
  • £

Baş Dövlət Yol Polis İdarəsindən velosipedçilərə müraciət

Baş Dövlət Yol Polis İdarəsindən velosipedçilərə müraciət
07.10.2021 20:00
Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi baş verən qəzalarla bağlı velosipedçilərə müraciət edib.

Baş DYP İdarəsinin şöbə rəisi, polis polkovnik-leytenantı Namidan Piriyev bildirib ki, velosipedi idarə edən şəxslər xüsusi velosiped zolaqları olmadıqda yolun, küçənin hərəkət hissəsinin kənarı və ya yol çiyinləri ilə, mümkün qədər sağ tərəfdə hərəkət etməli və texniki cəhətdən saz və lazımınca təchiz olunmuş velosipeddən, həmçinin təhlükəsizlik dəbilqələrindən istifadə etməlidirlər: "Onlar da yol nişanları və ya yol nişanlanmasının tələblərinə riayət etməli, yolayrıcından kənarda yolun velosiped yolu ilə nizamlanmayan kəsişməsində bu yolla hərəkət edən nəqliyyat vasitələrinə yol verməlidirlər.
 
Yaşayış məntəqələrindən kənarda yolun hərəkət hissəsi ilə hərəkət etdikdə velosipedçilər nəqliyyat vasitələrinin hərəkəti istiqamətində getməlidirlər.
Onu da bilməlidirlər ki, velosipedçilər tərəfindən yol hərəkəti qaydalarının pozulması İnzibati Xətalar Məcəlləsinin 338.4-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır və ən çox da öz həyat və sağlamlıqlarının təhlükə altında qalmaması üçün yollarda, xüsusən də günün qaranlıq vaxtlarında daha diqqətli və məsuliyyətli olmalıdırlar".

Ötən gün saat 18:45 radələrində Pirallahı qəsəbəsi, S.Vurğun küçəsində Pirallahı qəsəbə sakini 1994-cü il təvəllüdlü sürücü Eskenderov Elmar Naziroviç idarə etdiyi "Mercedes-Benz” markalı, 99-HC-515 dövlət qeydiyyat nişanlı avtomobillə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən yolu sağdan sola keçən velosipedçi 1961-ci il təvəllüdlü Hümbətov Şahin Zərqulu oğlunu vurub və o, hadisə yerində ölüb.
Bundan əvvəl, 02.10.2021-ci il tarixdə saat 12:30 radələrində Binəqədi rayonu, 28 May qəsəbəsində Abşeron rayonu sakini 1967-ci il təvəllüdlü sürücü Ağayev Hafiz Bayram oğlu idarə etdiyi "QAZ-53” markalı, 10-HC-792 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən Binəqədi rayonu, 28 May qəsəbəsində velosipedçi 2000-ci il təvəllüdlü İsmayılov Nicat Vüqar oğlunu vurub və o da ötən gün xəstəxanada dünyasını dəyişib.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol