• $
  • €
  • ₽
  • ₺
  • £

Kəramət Böyükçölü narkoloji dispanserə kim yerləşdirib?- Atası və hüquqşünas danışıb

Kəramət Böyükçölü narkoloji dispanserə kim yerləşdirib?- Atası və hüquqşünas danışıb
07.10.2021 23:00
Yazıçı Kəramət Böyükçöl Maştağa qəsəbəsində yerləşən  Narkoloji Dispanserə yerləşdirilib. Bu barədə anews.az-a hüquqşünas Rüfət Səfərov bildirib.

Onun sözlərinə görə, K. Böyükçöl dispanserə hüquq mühafizə orqanı əməkdaşları tərəfindən bu gün səhər saatlarında aparılıb. Hüquqşünas düşünür ki, Kəramətin dispanserə aparılmasının səbəbi içkili vəziyyətdə özünü idarə edə bilməməsi, sosial şəbəkələrdə çıxdığı canlı yayımları olub.

"Saat 13.00-14.00  arası Kəramət mənə zəng edərək  dedi ki,  gəl məni götür, xilas elə, bura çox vahiməli yerdir. Ailəsi də, mən də anlayırıq ki, hüquq mühafizə orqanlarının atdığı bu addım xoş niyyətlidir. Çünki insan spirtli içki qəbul edib, qeyri iradi formada canlı yayımlara çıxıb, ziyanlı çıxışlar edirdi. Sadəcə, hazırda qaldığı dispanserin şəraiti ağırdır deyə onun valideynləri də narahatdır", - deyə Səfərov bildirib.
 
Hüquqşünasın sözlərinə görə,  bundan öncə də Kəramət Böyükçöl hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən başqa klinikada 1 həftəlik yerləşdirilmişdi, amma oradakı şərait qənaətbəxş olub.

Səfərov vurğulayıb ki, K.Böyükçöl hazırda qaldığı narkoloji dispanserdə fiziki təzyiqə məruz qalmayıb. Amma telefonu əlindən alınıb.
 
Böyükçölün atası Qəşəm Nəcəfzadə isə oğlunun hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən dispanserə yerləşdirilməsi xəbərini təkzib edib. O deyib ki, oğlu qohumları tərəfindən mərkəzə yerləşdirilib: " Hazırda oğlum haqqında məlumatım yoxdur, çünki özü ilə danışa bilməmişəm. Ya telefonunu əlindən alıblar, ya da yatıb. Amma sabah baş çəkəcəyəm. Bu gün ona görə gedə bilmədim ki, qan təzyiqindən əziyyət çəkirəm, yaxşı deyildim. Oğlum alkoqolizmdən əziyyət çəkir. Ona görə müalicə üçün ora gedib".
 
"Özüm o dispanseri görməmişəm. Amma deyilənə görə, oranın həm şəraiti, həm də həkimləri yaxşıdır. Bundan öncə iki dəfə özəl klinikada müalicə alıb. Təəssüf ki, bir aydan sonra yenə içkiyə qayıdıb. Bu dəfə narkoloji dispanserdə müalicə alacaq",-deyə atası əlavə edib.

 
Kəramət Böyükçöl oktyabrın 6-sı axşam saatlarında facebook hesabında içkili vəziyyətdə canlı yayıma çıxaraq, ailəsi və eləcə də hökumətlə bağlı xoşagəlməz ifadələr işlədib.

2020-ci ildə Böyükçöl sosial şəbəkədə canlı yayımda çıxış etdikdən bir gün sonra saxlanılıb. Canlı yayımda o, prezident İlham Əliyevi tənqid edib. Daxili İşlər Nazirliyinin sözçüsü isə Kəramət Böyükçölün qonşuların şikayəti əsasında saxlandığını bildirmişdi.
 
Samirə Əli



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol