• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 3700-dək itkin şəxs olub - AÇIQLAMA

Azərbaycanda 3700-dək itkin şəxs olub - AÇIQLAMA
13.10.2021 15:00
İkinci Qarabağ döyüşlərindən sonra  7 Azərbaycan hərbçisi itkin düşmüş  şəxs kimi rəsmi qeydiyyata alınıb, birinci Qarabağ savaşı zamanı itkin düşənlərin sayı isə 3700 nəfər olub. Bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.
 
Bütövlükdə regionda isə (Ermənistan və Azərbaycan daxil olmaqla) 4500-dən çox itkin düşmüş şəxs var .
 
Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycandakı rəhbəri Ariane Bauer anews.az-a açıqlamasında deyib ki, hazırda 100-dən çox ölkədə təşkilatın 20.000-dək işçisi çalışır. 

"Bizim 100-dən çox ölkədə ofislərimiz var. Hazırda Azərbaycanda  Bakı və Bərdə şöbələrimiz fəaliyyət göstərir", - deyə o məlumat verib.

Beynəlxalq Qızıl Xaç komitəsinin Azərbaycanda saxlanılma məntəqələrinə 5 nəfərdən ibarət heyət baş çəkir. Bu şəxslər neytrallığın qorunması ilə bağlı xarici vətəndaşlar olur. Onlardan 2-si tərcüməçi, 1-i tibb işçisi, 2-si ümumi nümayəndədir.

Saxlanılma məntəqələrinə baş çəkərkən komitə heyəti əvvəlcə rəislə söhbət edir, ikinci etapda ərazi və binaya baxış keçirilir, bu zaman əgər saxlanılan şəxs heyətlə təkbətək söhbət etmək istəyərsə ona şərait yaradılır. Növbəti etapda, saxlanılan şəxsə ailəsi ilə məktublaşmağa şərait yaradılır.

Sonda komitə heyəti məntəqədəki şərait, rəftar, tibbi xidmətlər, ailə əlaqələri və məhkəmə təminatı barədə hesabat hazırlayır.

 
Samirə Əli 
 


www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol