• $
  • €
  • ₽
  • ₺
  • £

Qadını döyüb pulunu ələ keçirən şəxsdən XƏBƏR VAR

Qadını döyüb pulunu ələ keçirən şəxsdən XƏBƏR VAR
13.10.2021 13:40
Abşeron rayonu Ceyranbatan qəsəbəsində qadına qarşı quldurluq edilib. Zərərçəkən şəxs Daxili İşlər Nazirliyinin "102” Xidməti Zəng Mərkəzinə müraciət edərək tanımadığı şəxsin ona yaxınlaşaraq əxlaqsız təklif etdiyini buna razı olmadıqda isə aralarında yaranan münahisə zamanı onu döyüb və hədə-qorxu gəldiyini bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumat görə, hadisə zamanı həmin şəxs qadının üzərində olan 35 manatı, 1 ədəd boyunbağını və 1 ədəd üzüyü ələ keçirərək hadisə yerindən qaçıb.

Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşlarının daxil olmuş şikayət əsasında həyata keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakini Rahib Abuzərov saxlanılıb. O, izahatında etdiyi əməli etiraf edib və hadisə zamanı zərərçəkən qadından götürdüyü əşyaları polis əməkdaşlarına təhvil verib.

Faktla əlaqədar Saray Polis Bölməsində toplanan materiallar araşdırılması üçün Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxsin ətrafında əməliyyat- istintaq tədbirləri davam etdirilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol