• $
  • €
  • ₽
  • ₺
  • £

Qəzada ölənlərin əksəriyyəti dayanacaqda duranlar olub - AÇIQLAMA

Qəzada ölənlərin əksəriyyəti dayanacaqda duranlar olub - AÇIQLAMA
13.10.2021 14:05
Bu gün səhər saatlarında Bakı şəhər Suraxanı rayonu ərazisində baş vermiş dəhşətli hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.

Avtobusun məxsus olduğu 171 saylı marşrut xəttini istismar edən "Ayşən LTD” şirkətinin rəhbəri İradə Əliyeva hadisəyə yük avtomobilinin səbəb olduğunu bildirib.

O qeyd edib ki, qəzada vəfat edənlərin əksəriyyəti yolun kənarındakı dayanacaqda və oradakı köşkün önündə dayanan şəxslər olub:

"Bizim avtobuslar qaraj şəraitində saxlanılır, texniki baxış keçirilir, hər gün səhər sürücülər tibbi müayinədən keçiriləndən sonra xəttə çıxırlar. Hadisə vaxtı avtobusu idarə edən sürücü də təcrübəli əməkdaşlarımızdandır. O da xəsarət alıb və xəstəxanaya yerləşdirilib. Avtobusu vuran yük maşınını 19 yaşlı şəxs idarə edirmiş. Pandemiya səbəbindən sərnişindaşıma şirkəti kimi vəziyyətimiz çox ağır idi, bu hadisə də bir zərbə oldu”,- deyə o bildirib.
 
Hadisə Koroğlu Nəqliyyat Mübadilə Mərkəzindən Bilgəh qəsəbəsi istiqamətinə hərəkət edən "Ayşən LTD” şirkətinin müvəqqəti istismarında olan, 171 nömrəli müntəzəm marşrut xətti üzrə 10-TH-116 nömrə nişanlı sərnişin avtobusuna eyni istiqamətində hərəkət olan 99-DH-343 dövlət qeydiyyat nişanlı "Mercedes” markalı yük avtomobilinin çırpılması nəticəsində baş verib. Nəticədə avtobus yolun kənarındakı dayanacaq ərazisinə aşıb. İlkin məlumata görə, 5 nəfər ölüb, 21 nəfər isə xəstəxanalara yerləşdirilib. (oxu.az)

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Sabah 24 dərəcə isti olacaq
Cəmiyyət 12:50
Sabah 24 dərəcə isti olacaq
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Cəmiyyət 12:48
“Bizə hüquqşünaslar yox, aqronomlar lazımdır” deyən nazirlərdən biri idi - deputat
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Cəmiyyət 12:31
Ombudsman jurnalistlərin döyülməsinə münasibət bildirəcək
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Cəmiyyət 12:00
Milli Məclis Zəfər Günü ilə bağlı Bəyanat qəbul edib
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Cəmiyyət 11:44
Ötən dövrdə 90-dan çox uşaq himayədar ailələrə verilib
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol