• $
  • €
  • ₽
  • ₺
  • £

Ombudsman Azərbaycana yeni təyin olunmuş UNICEF nümayəndəsi ilə görüşüb

Ombudsman Azərbaycana yeni təyin olunmuş UNICEF nümayəndəsi ilə görüşüb
13.10.2021 14:12
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva UNICEF-in Azərbaycandakı yeni nümayəndəsi Aleks Haykensi qəbul edib. 

Tanışlıq məqsədi daşıyan görüş zamanı Ombudsman Aparatı və UNICEF-in ölkə nümayəndəliyi arasında qarşılıqlı əməkdaşlıqla bağlı bir sıra məsələlər müzakirə edilib. 

Ombudsman UNICEF-in ölkəmizdəki yeni nümayəndəsinə fəaliyyətində uğurlar arzulayıb və sıx əməkdaşlığın uğurla davam edəcəyinə əminliyini ifadə edib.
Görüşdə UNICEF-in 2021-2025-ci illər üçün Ölkə Proqramının icrasında Ombudsmanın rolu barədə danışılıb. Ombudsman çıxışı zamanı təsisatın fəaliyyətində uşaq hüquqlarının müdafiəsi sahəsində müraciət mexanizminin tətbiqi və Milli Preventiv Qrupun fəaliyyətinin dəstəklənməsi istiqamətində görülən işlər barədə qonağa geniş məlumat verib. Ombudsmanın 916 Çağrı Mərkəzi tərəfindən uşaqlarla bağlı şikayətlərin qəbulunda xüsusi yanaşma tətbiq edildiyi, uşaq hüquq pozuntuları ilə bağlı müraciətlərdə qeydə alınmış məlumatların təhlili əsasında müvafiq təkliflərin də hazırlandığı diqqətə çatdırılıb. 

Görüşdə Ombudsmanın Milli Preventiv Mexanizm mandatına uyğun olaraq uşaq müəssisələrinə keçirilən başçəkmələr zamanı maarifləndirici söhbətlər aparıldığı, müraciət mexanizmləri barədə ətraflı məlumat verildiyi vurğulanıb. S.Əliyeva ötən il Bakı, Gəncə, Quba, Lənkəran şəhərlərində yerləşən  müəssisələrə keçirilmiş başçəkmələr çərçivəsində 123 uşaq arasında uşaq hüquqlarına dair biliklərin, Ombudsman Aparatı və Çağrı Mərkəzi haqqında ümumi məlumatlılıq səviyyəsinin öyrənilməsi, habelə uşaq iştirakçılığının artırılması məqsədilə sorğular keçirildiyini də nəzərə çatdırıb. 

Bununla yanaşı, UNICEF nümayəndəsi uşaq hüquqlarının daha səmərəli müdafiəsi məqsədilə təsisatda ayrıca struktur bölmənin yaradılması və həmin sektorun fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb. 

Görüş zamanı müzakirə mövzularından biri də ölkədə yuvenal ədliyyənin inkişaf etdirilməsi və bu sahədə hesabatın hazırlanması olub. 

Yekunda UNICEF-in Azərbaycan Nümayəndəliyinin rəhbəri A.Haykens Ombudsmana təşəkkürünü bildirib, fəaliyyəti dövründə əməkdaşlığın daha da inkişaf etdirilməsi məqsədilə səylərin artırılmasında maraqlı olduğunu qeyd edib.



www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol