• $
  • €
  • ₽
  • ₺
  • £

Nazirlər Kabineti daha bir əsasnaməni təsdiqlədi

Nazirlər Kabineti daha bir əsasnaməni təsdiqlədi
13.10.2021 19:44
Nazirlər Kabineti "Elektron notariat” informasiya sistemi haqqında Əsasnaməni təsdiq edib.

Anews.az xəbər verir ki, bu barədə müvafiq sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Bildirilib ki, qərarda "Elektron notariat” informasiya sisteminin təşkili əsaslarının, yəni onun fəaliyyətinin prinsiplərinin, funksiyalarının, texniki-texnoloji infrastrukturunun, təhlükəsizlik tədbirlərinin, sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları barədə müddəaların müəyyən edilməsi ilə bağlı tənzimləmə nəzərdə tutulub.

"Notariat haqqında” Qanuna edilmiş dəyişikliklərdə məhkəmə fəaliyyətinin səmərəsinin artırılması və hakimlərin iş yükünün azaldılması üçün mübahisəsiz tələblərə dair işlərə məhkəmədən kənar elektron qaydada baxılması məqsədilə mülki xarakterli işlərin notariusun icra qeydi əsasında təmin olunması nəzərdə tutulur.
Bunun üçün 2019-cu ildən notarius tərəfindən icra qeydinin aparılması və icraya yönəldilməsi prosesinin elektron qaydada "Elektron notariat” və "Elektron icra” informasiya sistemləri vasitəsi ilə təşkili üçün müvafiq təhlillər aparılmış, adıçəkilən informasiya sistemlərində zəruri dəyişikliklər edilib, habelə müraciət edən fiziki və hüquqi şəxslər üçün fərdi elektron kabinet formalaşdırılıb.

"Elektron notariat” informasiya sistemi haqqında Əsasnamədə informasiya sisteminin fəaliyyətinin prinsipləri, texniki-texnoloji infrastrukturu, təhlükəsizlik tədbirləri, funksiyaları, sistem ilə əlaqəli fəaliyyət göstərən digər dövlət informasiya ehtiyatları barədə müddəalar və fəaliyyətinin təşkili əks olunub.

Bununla yanaşı, Əsasnamədə "Elektron notariat” informasiya sistemində digər notariat hərəkətlərinin aparılması mexanizmi də tənzimlənir.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol