Talış və Suqovuşana 500-ə yaxın ailə köçürüləcək

Talış kəndinin və Suqovuşan qəsəbəsinin yenidən qurulması ilə bağlı layihələr üzərində iş gedir.
Bunu Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib.
O xatırladıb ki, oktyabrın 3-də Prezident İlham Əliyev Tərtər rayonuna, Talış kəndinə və Suqovuşan qəsəbələrinə səfər edib:
"Dövlət başçımız səfər zamanı Talış və Suqovuşan qəsəbələrində Azərbaycan Bayrağını qaldırdı. Yaxın müddətdə Talış və Suqovuşana 500-ə yaxın azərbaycanlı ailəsinin köçürülməsi planlaşdıırlır. Biz buna nail olacağıq", - deyə Müstəqim Məmmədov əlavə edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur























