• $
  • €
  • ₽
  • ₺
  • £

Daha iki universitetdə COVID-19-a yoluxma faktı AŞKARLANDI

Daha iki universitetdə COVID-19-a yoluxma faktı AŞKARLANDI
19.10.2021 10:09
Sentyabrın 29-dan indiyədək Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) 14 qrupunda təhsil alan tələbələr arasında koronavirusa yoluxma faktı qeydə alınıb. 
 
Həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib.
 
Bu  barədə məlumatı  mətbuat katibi Cavid Hüseynov  təsdiqləyib.
 
Onun sözlərinə görə, universitetin poliklinikası və şəhər Epidemoloji Mərkəzin fəaliyyəti ilə son təmas günü müəyyən edilib və həmin qruplar 14 gün müddətinə distant təhsilə keçirilib: "14 gün bitdikdən sonra yoluxmuş tələbə yenidən test verir və neqativ cavab çıxdıqda dərsə qayıdır. Artıq 2 qrupun yoluxmuş tələbələri bu dövrü bitirib və ənənəvi təhsilə geri dönüblər. Tələbələr arasında virusu ağır keçirən yoxdur”.
 
Tədrisin ənənəvi formada bərpasından sonra Bakı Mühəndislik Universitetində (BMU) təhsil alan tələbələrin 3 nəfərində koronavirus əlamətləri aşkarlanıb.
 
BMU-dan bildirilib ki, həmin tələbələr dərhal nəzarətə götürülüb, müvafiq tibb mərkəzinə müraciət olunub və analizlər götürülüb:
 
"Hər 3 tələbədə yoluxma aşkarlanıb və 14 gün müddətinə onların dərslərdən kənarlaşdırılması qərarı verilib. Hazırda koronavirus aşkarlanan tələbələrin təhsil aldıqları qruplar nəzarətdə saxlanılır və əlavə hər hansı yoluxma qeydə alınmayıb”, - deyə universitet rəsmisi bildirib. 














www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol