• $
  • €
  • ₽
  • ₺
  • £

Ramiz Göyüşovdan rüşvət almaqda təqsirləndirilən jurnalistdən XƏBƏR VAR

Ramiz Göyüşovdan rüşvət almaqda təqsirləndirilən jurnalistdən XƏBƏR VAR
19.10.2021 10:53
Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində olan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Bu barədə jurnalistin vəkili Araz Nurməmmədov bildirib.

Vəkil qeyd edib ki, bu günlərdə müvəkkili Mahir Ələkbərovla onun saxlanıldığı Bakı İstintaq Təcridxanasında görüşüb:
 
"Məhkəmənin müvəkkilim barəsində ədalətli qərar verəcəyinə inanıram. Mahir Ələkbərovla görüş zamanı məhkəmənin onun barəsində verəcəyi qərardan asılı olmayaraq dövlətə, dövlət başçısına olan sədaqəti və güvəninin dəyişməz olduğunu bildirdi. Mahir Ələkbərov sağlamlığında heç bir problem olmadığını və saxlanma şəraitindən razılığını ifadə etdi. Məhkəmənin ədalətli qərar verəcəyinə inandığını dedi", - deyə vəkil məlumat verdi.

Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O, Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir. Jurnalist Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə ittiham edilir.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Cəmiyyət 00:03
“Şəki Yaylası”nın fəaliyyəti dayandırılıb
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Cəmiyyət 23:52
Bakıda iki “KamAZ” toqquşub, xəsarət alanlar var
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Cəmiyyət 22:54
Gəncədə 88 yaşlı qadın qətlə yetirilib, bacısı oğlu şübhəli bilinir
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Cəmiyyət 21:10
Türkiyə Heydər Əliyev parkındakı büstün götürüləcəyi barədə məlumatları təkzib edib
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Cəmiyyət 21:00
Bakının iki rayonunda qaz təchizatında fasilə yaranacaq
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol