• $
  • €
  • ₽
  • ₺
  • £

Sərnişinə qarşı quldurluq edən taksi sürücüsü SAXLANILDI

Sərnişinə qarşı quldurluq edən taksi sürücüsü SAXLANILDI
19.10.2021 13:31
Abşeronun Xırdalan şəhərində qadına qarşı quldurluq edilib.
 
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
 
Bildirilib ki, Abşeron Rayon Polis İdarəsinə müraciət edən zərərçəkən bildirib ki, Xırdalan şəhərinə getmək üçün müştəri kimi əyləşdiyi taksidə sürücünün hücumuna məruz qalıb.

Sürücü qadının həyat və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq edib onu bıçaqla vurmaqla hədələyərək üzərində olan 47 manat pulu ələ keçirib.
Hadisə barədə həmin şəxs Abşeron Rayon Polis İdarəsinə məlumat verəndən dərhal sonra cinayəti törədən şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Abşeron rayon sakini Seymur Məmmədov tutularaq istintaqa təqdim olunub və o, ifadəsində etdiyi əməli etiraf edib.
 
Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 181.2.5. (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
 
Bu şəxsin Abşeron, eləcə də paytaxt ərazisində digər cinayətlər etdiyi istisna olunmur. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Abşeron Rayon Polis İdarəsinə və ya ərazi üzrə polis orqanlarına, həmçinin nazirliyin "102” Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol